Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Mirsaleh Seyidov rəisi işdən çıxardı

Mirsaleh Seyidov rəisi işdən çıxardı


18-02-2025, 12:45
Mirsaleh Seyidov rəisi işdən çıxardı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 14 Saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Həsənov Rövşən Musa oğlu vəzifəsindən azad olunub.

Digər əmrlə, Məmmədov Emil İlyas oğlu 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi təyin edilib.

Geri qayıt