Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idiBu gün, 09:24 |
![]() “Sputnik Azərbaycan”ın bağlanmasına Rusiya rəsmiləri reaksiya verib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Azərbaycan Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anlayır və Moskva gələcək addımlarında Bakının bunu rəhbər tutacağını gözləyir: "Əminəm ki, rəsmi Bakı Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin əhəmiyyətini anlayır. Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında münasibətlərimizin bütün spektrinə aid olan məsələlərdə liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini rəhbər tutacaqlar”. Xatırladaq ki, fevralın 24-dən etibarən “BBC”, “Rossiya Seqodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəlikləri, “Amerikanın Səsi” radiosunun isə müxbir akkreditasiyası ləğv edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli mətbuatın sorğusuna cavabda bildirib ki, nümayəndəlikləri ləğv edilən media qurumları yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər. A.Hacızadə qeyd edib ki, “Sputnik Azərbaycan” “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur. 2015-ci ilin may ayında Azərbaycanda fəaliyyətə başlayan bu agentlik ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib. 2025-ci ilin fevral ayında yayılan məlumatlara görə, “Sputnik Azərbaycan”ın Bakıdakı nümayəndəliyinin bağlanması və ya əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılıb. Bu qərarın Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin qarşılıqlı təmsilçiliyindəki uyğunsuzluğun aradan qaldırılması məqsədilə alındığı bildirilir. Hər hansı media resursunun Azərbaycan ərazisində tam xarici maliyyə ilə fəaliyyət göstərməsinin qanunazidd olduğunu vurğulayan Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərli atılan addımların qanunauyğun olduğunu deyib. Ekspertin sözlərinə görə, bu təcrübə təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkəsində tətbiq olunur: “Hər bir ölkə özünün informasiya məkanının təhlükəsizliyini qorumaq üçün çalışır. Bu, müasir dövrdə vacib faktlardan biridir. Dünyanın hər yerində qayda budur və Azərbaycanda belədir. Buna uyğun olaraq 2021-ci ildə Azərbaycan Respublikasında xarici KİV-in nümayəndələrinin akkreditasiyası qaydası qəbul edilib. Həmin Qaydada həm fərd olaraq jurnalistlərin akkreditasiyası, həm də media subyektlərinin fəaliyyəti ilə bağlı prinsiplər tənzimlənir. Bu sahədə müəyyən səliqə-sahman yaradılmasına ciddi ehtiyac vardı. Çünki əvvəlki qanundakı boşluqlardan istifadə edərək xarici ölkələrin bir çox media subyektləri Azərbaycan ərazisində qeyri-adekvat səviyyədə mövcuddurlar, fəaliyyət göstərirlər. "Sputnik Azərbaycan"ın Azərbaycan ərazisində redaksiyası mövcuddur və 40 nəfərə qədər ştat heyəti vardı. Maraqlıdır, bunların Azərbaycanda nə qədər böyük marağı var və nə işlə məşğuldursa, bu qədər böyük heyət işlədirlər. "Rossiya Seqodnya"nın (“Sputnik-Azərbaycan) və "Amerikanın səsi"nin nümayəndəlikləri Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərirdi. Müəyyən informasiya verilirdi, amma alt qatda, ideoloji zəmində yayılan məlumatlar, hazırlanan süjetlər, reportajlar Azərbaycanın ictimai rəyinə zəhər səpməklə məşğul idi. Sözügedən media resurslarının ölkəmizə hər hansı formada fayda verdiyinin şahidi olmamışıq. Bu media subyektlərinin maraqları faydalı informasiyalar yaymaq yox, Azərbaycanda təxribatçı əməllər törətmək, neqativ yönlü informasiyalar uydurmaqdan ibarət idi ki, bu kimi əməllərin qarşısının alınması artıq bir zərurətə çevrilmişdi”. Geri qayıt |