Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Putin Kadırovu İRƏLİ VERİB...
Putin Kadırovu İRƏLİ VERİB...Bu gün, 08:31 |
![]() Çeçenistanın prezidenti Ramzan Kadirovun qəzaya uğrayan AZAL təyyarəsinin sağ qalan bələdçilərinin “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim etməsinin anlamı nədir? Bu adam təyyarəmizin vurulduğu gün hava müdafiəsi qüvvələrinin rəhbərinə medal verib. O bu hərəkəti ilə faktiki sərnişin təyyarəmizin vurulmasına haqq qazandırmışdı. İndi isə vurulan təyyarəmizin bələdçilərini mükafatlandırmaq qərarına gəlib. O Kremlin təlimatını yerinə yetirib. Kreml Prezident İlham Əliyevin haqlı tələblələrini yerirə yetirmək istəmir, ancaq eyni zamanda vəziyyətdən çıxış yolu kimi Ramzan Kadırovu irəli verib. Kadırov təyyarə bələdçilərimizi mükafata layiq (bələdçilərimizin əli qana batan Kadırovun “mükafatından” imtina edəcəyimə əminəm) görməkdənsə, təyyarəmizin vurulmasına görə üzr istəməli, cinayətkarları cazalandırmalıdır. Onun bunu edəcəyi ehtimalı azdır, çünki bu cinayətdə əli var. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |