Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişməDünən, 15:17 |
![]() Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun prezidenti, məşhur iş adamı Mübariz Mənsimovla keçmiş katibəsi, Rusiya vətəndaşı Nataliya Əliyeva arasında qalmaqal yaranıb. Teleqraf-ın xəbərinə görə, bunu Türkiyənin “Cümhuriyet” qəzeti yazıb. Məqalədə biznesmenlə adıçəkilən xanımın əlaqələrindən bəhs olunur. Qeyd edilib ki, Nataliya 20 il “Palmali” prezidentinin katibəsi işləyib. 1968-ci il təvəllüdlü M.Mənsimov Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs edildikdə N.Əliyeva istintaqla əməkdaşlığa gedərək bir çox faktları müstəntiqlərə danışıb. İş adamı məhz katibəsinin ifadəsi əsasında həbs olunub. Qadın daha sonra vətəndaşı olduğu ölkəyə - Rusiyaya gedib. Lakin məqalədən bunun nə zaman baş verdiyi aydınlaşmır. Bu ilin fevral ayının əvvəlində Nataliya Əliyeva Rusiyadan Türkiyəyə gəlib və problemlə üzləşib. Onun Türkiyədən deportasiya edilməsi barədə qərarı çıxardılıb. Ancaq Mübariz Mənsimovun keçmiş katibəsi FETÖ ilə bağlı cinayət işləri üzrə əhəmiyyətli şahid olduğunu nəzərə alan məhkəmə deportasiya qərarını ləğv edib. Yazıda bildirilib ki, qadının Türkiyədən deportasiya qərarının arxasında “Palmali” Şirkətlər Qrupunun prezidentinin çirkli əlaqələri dayanıb. Qeyd olunub ki, məhkəmənin deportasiya qərarının ləğvi də bununla bağlıdır: “Nataliya Əliyeva deportasiya olunsa Mübariz Mənsimov barədə cinayət işi də daxil olmaqla bir çox cinayət işində əhəmiyyətli sübutlar əldən çıxacaqdı. Bundan sonra isə heç bir şahid FETÖ işi ilə bağlı ifadə verməyəcək”. Qeyd edək ki, M.Mənsimov 2020-ci il mart ayının 15-də Türkiyədə həbs olunub. O, FETÖ ilə əməkdaşlıqda günahlandırılıb. İstanbul Məhkəməsi 2021-ci il martın 5-də onunla bağlı hökm çıxarıb. Qərara əsasən, “Palmali” Şirkətlər Qrupunun prezidenti barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Məhkəmə hökmünə əsasən, ötən ilin mart ayında FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar həbs edilən M.Mənsimova 5 il azadlıqdan məhrumetmə cəzası verilib və cəzası şərti hesab edilib. Bundan başqa, onun ölkədən çıxışına qadağa qoyulub. Geri qayıt |