Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Banklar daha dollar almır: Nə baş verir?
Banklar daha dollar almır: Nə baş verir?Dünən, 18:58 |
![]() Bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 863,9 milyon ABŞ dolları məbləğində satış olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 % azdır. Təkcə bu ay isə valyuta satışının məbləği 365,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 58,1 % azdır. Maraqlıdır, Azərbaycanda banklar niyə dollar almır? Məsələ ilə bağlı “Cebheinfo.az”a danışan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, ilin əvvəlində valyutaya tələbat azalır: “Bildirim ki, ötən ildən qalma bir ajiotaj vardı və ilin sonunda valyutaya olan tələbat artmışdı. Ona görə də hərraclarda daha çox satış həyata keçirilirdi. Valyuta bazarında müəyyən ajiotaj müşahidə olunurdu ki, manatın məzənnəsi ilə bağlı hansısa bir dəyişikliklər olsun. Lakin bu, baş vermədi, Mərkəzi Bank prosesi düzgün idarə etdi və öz açıqlamaları ilə bazarda sakitliyin yaranmasına nail oldu". Ekspert qeyd edib ki, martdan etibarən valyutanın alışında yüksəlmənin şahidi olacağıq: "Martda valyutaya tələbatın artımını müşahidə edəcəyik. Yay aylarına yaxın turizm sektorunun aktivləşməsi ilə bu tələb daha da yüksələcək. Eyni zamanda, dövlət layihələrinin həyata keçirilməsi və xaricdən tikinti materiallarının satın alınması valyutaya tələbatı artıracaq. Məhz bir müddətdən sonra valyutaya tələbatın artımının şahidi olacağıq. Yəni qarşıdakı aylarda bazarda valyutaya olan tələbin artması qaçılmazdır”. Geri qayıt |