Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kollecin direktoru işdən çıxarıldı
Kollecin direktoru işdən çıxarıldıBu gün, 11:11 |
![]() Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov vəzifəsindən azad edilib. Modern.az-ın məlumatına görə, o, vəzifədə olmanın son yaş həddi il əlaqədar işdən çıxarılıb. Rövşən Qurbanov Kollecin yeni direktoru təyin edilib. O, 1978-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub və Kollecin müəllimidir. Geri qayıt |