Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıbBu gün, 15:24 |
![]() “Hazırda, əfsuslar olsun ki, “Erasmus+” proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb”. Yeniavaz.com xəbər verir ki, bu sözləri “Azərbaycan Milli Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, yeni layihələr qeydiyyata alınmır, həmçinin aktiv olanların icrası dayandırılır: “Bundan əlavə, təəssüflə bildirmək istəyirəm ki, yaranmış vəziyyətlə əlaqədar olaraq “Milli Erasmus+” ofisi də bağlanmaq üzrədir. Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə “Erasmus+” layihələrinin davamlılığına mane ola bilər”. Məlumat üçün qeyd edək ki, “Erasmus+” proqramı Avropa İttifaqının (Aİ) ali təhsil səviyyəsində maliyyələşdirdiyi ən böyük proqramdır. Adətən yeddiillik dövr ərzində işləyir. Proqram hər dəfə yenilənir və hazırda 2021-2027-ci illəri əhatə edir. Bu proqramın yeddiillik büdcəsi təxminən 30 milyard avro məbləğindədir. İndiyədək təxminən 5 min nəfər azərbaycanlı “Erasmus+” proqramı çərçivəsində Avropada oxumağa gedib. Geri qayıt |