Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Prezidentin təyin etdiyi vaxt bitdi: Müavinət və təqaüdlər artırılır
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Prezidentin təyin etdiyi vaxt bitdi: Müavinət və təqaüdlər artırılır

Prezidentin təyin etdiyi vaxt bitdi: Müavinət və təqaüdlər artırılır


23-03-2025, 13:10
Prezidentin təyin etdiyi vaxt bitdi: Müavinət və təqaüdlər artırılır
Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bu gün başa çatır. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub:

“Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə isə bu, müvafiq sənədin imzalanmasından sonra bəlli olacaq.

Deməli, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə artımlar olacaq. Bu isə 2025-ci ildə sosial paketin daha da dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq”.
Geri qayıt