Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Azərbaycan diplomatiyası bu ölkənin bütün manevrlərini uğurla dəf edib”
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azərbaycan diplomatiyası bu ölkənin bütün manevrlərini uğurla dəf edib”

“Azərbaycan diplomatiyası bu ölkənin bütün manevrlərini uğurla dəf edib”


23-03-2025, 21:39
“Azərbaycan diplomatiyası bu ölkənin bütün manevrlərini uğurla dəf edib”
“Azərbaycan diplomatiyası Fransanın ölkəmizə qarşı bütün manevrlərini uğurla dəf edib, bütün bu hücumları müvəffəqiyyətlə neytrallaşdırıb”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Fransanın Azərbaycana təzyiq cəhdləri nəinki məhdudlaşdırılıb, həm də rəsmi Parisin Cənubi Qafqazla bağlı planları uğurla ifşa edilib:

“Fransa bəlli bir müddətdir ki, Cənubi Qafqazda söz sahibi olmaq, proseslərin gedişatını öz maraqlarına uyğunlaşdırmaq üçün min cür üsula əl atır, dəridən-qabıqdan çıxırdı. Lakin Azərbaycan diplomatiyası nəinki bütün bu cəhdlərin qarşısını aldı, həm də Fransanın regionla bağlı məkirli niyyətlərini ifşa etdi. Fransa bu qarşıdurmada diplomatiyamıza uduzdu.

Bu gün Fransa Cənubi Qafqaza müdaxilə imkanlarını əhəmiyyətli dərəcədə itirib. Bu məsələdə diplomatiyamızın rolu inkaredilməzdir və hesab edirəm ki, bu uğur yaxın gələcəkdə də qorunub saxlanılacaq”.
Geri qayıt