Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir...

HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir...


Dünən, 08:21
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir...
Azərbaycan Prezidenti İlham Əliyev dekabr ayında Rusiya səmasında mülki təyyarəmizin raketlə vurulmasına sərt reaksiya verdikdən sonra Kremlin nəzarətindəki media rerusrları ölkəmiz əleyhinə təbliğata başlamışdılar. Kremlin strategiyası dəyişməyib. Rusiya media resursları İlham Əliyevin 9 mayda Moskvadakı paradda iştirak etməməsinə müxtəlif don geyindirməyə başlayıblar. Rusiya saytlarından biri yazıb ki, Azərbaycan Prezidenti guya Vaşinqtonun təlimatıyla Moskvada paradda iştirakdan imtina edib. Biri də yazmır ki, bəs Azərbaycanın mülki təyyarəsinin vurulmasıyla bağlı araşdırılmanın gecikmə səbəbi səfərin təxirə salınmasına təsir edib. Bir də ki, harda yazılıb ki, müxtəlif dövlətlərin liderləri İkinci Dünya müharibəsində qələbə gününü mütləq Moskvada keçirməlidirlər? Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəyə başladıqdan sonra Moskvada keçirilən tədbirlərin Rusiya hakimiyyəti üçün siyasi əhəmiyyəti var, mesajları da budur: “Kim mənimlə deyilsə, mənə qarşıdır”. Bu səbəbdən İlham Əliyevin Moskva səfərindən imtinaya görə şimal qonşumuzdan başqa təxribatlar da gözləyə bilərik, hazırlıqlı olmalıyıq!

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt