Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdüBu gün, 06:14 |
![]() Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən elan edilmiş "küçə və parklarda görüləcək abadlıq işləri xidmətlərinin satınalınması" üzrə tender ləğv edilib. "DİA-AZ" xəbər verir ki, tenderin ləğv edilmə səbəbi olaraq "qalib təchizatçını Azərbaycan Respublikasının Satınalmalar Qanununun 33.10-cu maddəsinə əsasən seçmək mümkün olmaması" göstərilib. Xatırladaq ki, tenderin ehtimal olunan satınalma qiyməti 721.316,30 AZN olaraq nəzərdə tutulmuşdu. Tender müsabiqəsi 30 oktyabr 2024-cü il tarixində, saat 16:53-də dərc edilmişdi. Təkliflərin son təqdim olunma vaxtı və zərflərin açılış tarixi isə 23 noyabr 2024-cü il, saat 17:01 olaraq müəyyənləşdirilmişdi. Qeyd edək ki, 33.10-cu maddəyə əsasən, vergi orqanı vergi ödəyicisini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma elektron şəkildə məlumat verməlidir. Bu müddəa tender prosedurlarında iştirakçıların hüquqi və vergi statuslarının şəffaflığının təmin edilməsi baxımından önəmlidir. Geri qayıt |