Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Maşın var, təmir edən yox
Maşın var, təmir edən yoxBu gün, 10:46 |
![]() Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən elan olunan nəqliyyat vasitələrinin təmiri xidmətlərinin satınalınması üzrə tender ləğv edilib. FED.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Məhz bu səbəbdən müsabiqə baş tutmamış hesab edilib. Tenderin ehtimal olunan qiyməti 8.356 manat idi. Müvafiq xidmətin satınalınması ilə bağlı müsabiqə 18 mart 2025-ci il, saat 16:10-da dərc olunmuş, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 2 may 2025-ci il, saat 16:00 olaraq müəyyən edilmişdi. Bu məbləğ dövlət qurumlarının nəqliyyat vasitələrinin cari texniki təmiri və xidmət xərclərini əhatə etməli idi. Lakin kifayət qədər maraqlı təchizatçının iştirak etməməsi bu cəhdin nəticəsiz qalmasına səbəb olub. Geri qayıt |