Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VARBu gün, 12:02 |
![]() Bir müddət əvvəl diplomatiya sistemindən uzaqlaşdırılmış "Çaqqal" ləqəbli Ramiz Vəliyevin həbs müddəti uzadılıb. Musavat.com xəbər verir ki, Ramiz Vəliyev Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nın təqdimatı əsasında Səbail Rayon Məhkəməsi Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb. Bildirilir ki, "kiçik adam sindromu"ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib. Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən "söyüş müxalifəti"nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki "söyüş müxalifəti" ilə əlbir olaraq kompromatlar ötürüb. Vəliyev bir müddət də Livanda səfirlikdə işləyib. Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir. Geri qayıt |