Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir?
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir?Dünən, 15:26 |
![]() Xəbər verdiyimiz kimi, sabah Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Komissiya adətən mühüm tarixi günlər ərəfəsində nəzərdə tutulan əfv qərarları ilə bağlı toplanır. Bu il də əksəriyyət 28 May – Müstəqillik Günü münasibətilə müvafiq sərəncamın imzalanacağını, bir sıra şəxslərin azadlığa qovuşacağını gözləyir. Sabahkı iclasda neçə müraciətə baxılacaq? Bu, əfv qərarı öncəsi sonuncu iclas ola bilərmi? Globalinfo.az-a danışan hüquq müdafiəçisi, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, sabahkı iclas mümkün əfv sərəncamı üçün ilkin mərhələ kimi dəyərləndirilə bilər: “İclaslardan sonra bütün rəylər Prezident İlham Əliyevə təqdim olunacaq. Lakin sərəncamın nə zaman imzalanacağı ilə bağlı dəqiq tarix demək yanlışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, hər şey ölkə başçısının qərarından asılıdır”. Ə.Nuriyev bildirib ki, bir qayda olaraq, iclaslarda 100-dən artıq müraciətlərə baxılır: “Bu dəfə də rəqəmin az olacağını düşünmürəm. Sabahkı iclasın son olub-olmamasına gəlincə, qərar komissiya sədri tərəfindən qəbul edilir. Nəticə məlum olmasa da, hər şey mümkündür”. Xatırladaq ki, sonuncu iclas aprelin 23-də baş tutub. Bu günə qədər komissiyada 700-dən çox müraciətə baxılıb. Geri qayıt |