Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Tarix: 16-11-2024, 12:01 | Çap et
 Noyabrın 14-də şəkərli diabetlə beynəlxalq mübarizə günü idi. Azərbaycanda diabetdən əziyyət çəkənlər üçün pulsuz dərmanların verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına görə, pulsuz dərman Səhiyyə Nazirliyinin təsdiq etdiyi xüsusi formada olan resept nüsxəsində yazılır. Lakin xəstələrə pulsuz dərmanların verilməsində hələ də problemin olduğu ilə bağlı şikayətlər eşidilir.
"Aptekdən dərman almağa pulum çatmır" Bakıda Məryəm Məmmədova (adı şərtidir) AzadlıqRadiosuna deyib ki, hər il pulsuz dərmanların verilməsində problem yaranır: "Bu problem illərdir davam edir. Uzun növbələr yaranır. Sonra da məlum olur ki, dərman yoxdur. Mən dərmandan asılı olan insan qalıram belə".
Onun sözlərinə görə, həkimlərin "dərman yoxdur" dedikləri zaman apteklərdə həmin dərmanlar sərbəst satılır: "Mən pensiyaçı adamam, aptekdən daima dərman almağa pulum çatmır".
Dərmanların keyfiyyətindən də şikayətlər var. Bəzi şikayətlərə görə, onlar şəkər əleyhinə dərmanları xarici ölkələrdən gətizdirirlər ki, bu da əlavə vəsait tələb edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə 30 min 500 yeni diabet xəstəliyi olan şəxs qeydiyyata alınıb. 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385 min 179 nəfər olub. Onlardan 35 min 765 nəfəri insulindən asılıdır.
Dünya Diabet Federasiyasının proqnozlarına görə, də Azərbaycanda belə xəstələrin sayı növbəti illərdə arta bilər.
Maliyyəyə gəlincə, 2024-cü ildə şəkərli diabet üzrə tədbirlərə 58.3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Səhiyyə Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda ümumilikdə 99 adda dərman preparatları pulsuz paylanılır: "Şəkərli diabet, onkoloji və xroniki böyrək çatışmazlığı olan xəstələrin də lazımi dərman vasitələri dövlət tərəfindən pulsuz təmin olunur".
"Növbəlilik prinsipi ilə həyata keçirilir" Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, şəkərli diabet xəstələri üçün nəzərdə tutulan insulinin həcmi aylıq maksimal 1200 təsir vahidi, həblərinin yekun cəmi isə 60-dır.
Əlavə edilib ki, hər ayın sonunda TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təqdim etdiyi tələbnamə əsasında şəkərsalıcı dərman preparatları növbəti ayın əvvəlindən etibarən mərhələli şəkildə respublika üzrə paylanılır: "Dərman təminatı tələbatdan asılı olaraq, növbəlilik prinsipi ilə həyata keçirilir".
"Başqa ölkədən alıb gətirilən..." Amma "Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də AzadlıqRadiosuna deyib ki, ölkədə şəkərli diabetdən əziyyət çəkənlər üçün həm dərman çatışmazlığı var, həm də həmin dərmanların keyfiyyəti suallar doğurur: "Başqa ölkədən alıb gətirilən insulin qanda şəkərin səviyyəsini daha yaxşı tənzimləyir, nəinki burada verilən insulin. Bunun səbəbləri araşdırılmalıdır".
Həkim qeyd edib ki, qanda şəkərin miqdarını ölçən qlükometr üçün lazim olan striplər də xəstələrə çox az verilir: "Bu miqdarla xəstə ay ərzində cəmi bir neçə dəfə şəkər səviyyəsini yoxlaya bilir, halbuki, hər gün onu ölçməsi üçün xəstələrə şərait yaradılmalıdır".
A.Əliyevin sözlərinə görə, problemlərdə həm ayrılan maliyyənin azlığı, həm də şəffaflığın olmaması rol oynaya bilər: "Mən də çox eşidirəm: eyni rayonda xəstəyə deyirlər ki, şəkər diabeti üçün dərman yoxdur, amma xəstəxananın yanında yerləşən apteklərdə həmin dərmanlar satılır. Həmin xəstələr bunu onunla əlaqələndirirlər ki, ola bilsin, dövlətin verdiyi dərmanlar qara yollarla apteklərə verilir. Bu məsələ ciddi araşdırılmalıdır".
O vurğulayır ki, bütün dünyada diabet xəstələrin sayında artım var, amma Azərbaycanda bu artım daha sürətlə gedir: "Çünki bizdə qidalanma gigiyenası ilə bağlı vəziyyət ürəkaçan deyil. Maarifləndirmə işi düzgün aparılmır".
"İcbari tibbi sığorta paketinə daxil edilməlidir" Tibb elmlər üzrə doktoru Adil Qeybulla diqqəti başqa bir məqama yönəldir: "Şəkərli diabet xəstəliyinin ağırlaşmalarını icbari tibbi sığorta qarşılamır. O xəstələr çox ciddi problemlər yaşayırlar. Bu ağırlaşmalar uzunmüddətli müalicə və böyük məsrəflər tələb edir. Ona görə də, bunlar icbari tibbi sığorta paketinə daxil edilməlidir".
Onun fikrincə, ölkədə profilaktika istiqamətində ciddi işlər getməlidir, önləyici tədbirlər aparılmalıdır və bunların maliyyəsi təmin edilməlidir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Bu gün, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
|