Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                 

"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Tarix: 29-11-2024, 10:54 | Çap et
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır"
Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, “Dördyol-1” qəsəbəsi, ev 1231 ünvanında yaşayan keçmiş məcburi köçkün Sadıqova Mətanət Əli qızı Moderator.az redaksiyasından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı şikayət ərizəsinin ictimailəşdirilməsini xahiş edib.

Hüquqlarının pozulduğunu iddia edən vətəndaşın xahişini nəzərə alaraq onun şikayət ərizəsini nəzərinizə çatdırırıq:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, mən, Sadıqova Mətanət Əli qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiriyəm. İxtisasca ginekoloqam.

Nəbiyev Canəli Xanəli oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru vəzifəsinə təyin olunduğu gündən mənim öz vəzifələrimi yerinə yetirməyimə, yəni, əhalimizə effektiv tibbi xidmət göstərməyimə süni şəkildə əngəllər yaradaraq qərəzli şəkildə maneçilik törədir. Belə ki, bizim şöbəmiz uzun illərdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsindəki binada yerləşmiş və həmin binada əhalimizin sağlamlığının qeydinə qalınması üçün hər cür şəraitimiz olmuşdur. Hazırda isə yeni direktor tərəfindən bizim şöbəmiz məcburi qaydada Quzanlı qəsəbəsindən 10 km məsafədə yerləşən Xındırıstan kəndinə köçürülmüşdür. Yeni köçürüldüyümüz yerdə isə əyləşməyə stulumuz və tibbi avadanlıqlarımız beləŞ yoxdur. Bizə müraciət edən xəstələr isə şəraitsizlikdən və onlara göstərilən tibbi xidmətlərdən narazı qalırlar. Qeyd edilən halların baş verməsinə, yəni əhaliyə normal tibbi xidmət göstərə bilməməyimizə səbəb isə birbaşa Nəbiyev Canəli Xanəli oğlunun qanunsuz əməlləridir.

Uzun illər məcburi köçkün həyatı yaşayan, iztirablar keçirən, əzab- əziyyət çəkmiş xəstələrə, həkimlərə belə ögey münasibət bəsləmək bütövlükdə əhalimizə hörmətsizlikdir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev həmişə deyir ki, "Biz xalqa xidmət göstərməliyik". Ağdam rayonu səhiyyə sisteminə yeni təyin olunmuş direktor Nəbiyev Canəli Xanəli oğlu isə nəinki Ağdam əhalisinə tibbi xidmət göstərmək istəyir, əhalimizi rayondan didərgin salır.

Hörmətli Mehriban xanım,

Bizim Ağdam rayonundakı faciəmizin başında erməni işğalçıları durur. Ağdam rayonu 30 il bundan əvvəl işğala məruz qalmasa idi, Canəli həkim 10 nəfər aiddiyyatı olmayan şəxsin qarşısında "qarnını aç və bizə göstər görüm, sən nədən əməliyyat olunmusan" deyə məni məcbur edərək təhqir edə bilməzdi.

Mən belə açıq formada müraciət etdiyimə görə Sizdən üzr istəyirəm, amma məcburam. Ona görə ki, düşdüyüm vəziyyəti ancaq bu formada izah edə bilərəm.

Qeyd etmək istəyirəm ki, Nəbiyev Canəli Xanəli oğlu 10 nəfərdən ibarət tərkibdə iclas keçirtmiş, hansı ki, iclasda iştirak edənlərin çoxu tibb işçiləri deyildir və ən təsirlisi isə odur ki, qarşı cinsin nümayəndələrinin qarşısında məni - Azərbaycan qadınını bədən nahiyyəmi açıb göstərməyə məcbur etmişdir. Təsəvvür edin ki, Canəli həkimin həyat yoldaşı hər hansı bir təşkilatda çalışır və mənə qarşı edilən bu tərbiyyəsizlik onun başına gəlir. Belə ki, baş həkimin həyat yoldaşına on nəfərin içində (əksəriyyət kişi olmaqla) qarnını açması tələb edilir. Bu halda Canəli həkim öz həyat yoldaşının alçaldılmasına görə hansı hissləri keçirərdi?

Bildirmək istəyirəm ki, mən səhhətimlə bağlı əməliyyat keçirmişəm və Nəbiyev Canəli Xanəli oğlu bir çox xəstəxanalara müraciət edərək mənim müalicə məqsədilə xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etmişdir.

Məsələyə hüquqi aspektdən yanaşsaq, Ağdam rayonu üzrə əhalinin sağlamlığının qorunması sahəsində işin təşkilinə cavabdeh olan vəzifəli şəxsin - direktorun sağlamlığının qorunması və tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya müalicə üçün qəbul edilməməsi ilə bağlı xəstəxanalara yazılı göstəriş verməsi, onun özünün vəzifə səlahiyyətlərini aşmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edir. Direktorun məktubu həm də əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsinin yerinə yetirilməməsinə yönəlmiş göstərişdir.

Dövlət Tibb Müəsisələrində Tibbi Xidmət Dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Dövlət vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi - sanitariya və tibbi-sosial xidmətlərin yaradılmasına təminat verir. Nəbiyev Canəli Xanəli oğlu isə yazdığı məktubu ilə dövlət tərəfindən vətəndaşa tibbi yardım sahəsində verilən təminatlara qadağa qoyur. Bu qadağanın əsası isə tibbi yardıma ehtiyacı olan şəxsin - mənim, həkim olmaqla Ağdam rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində işləməyimdir. Mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır.

Direktor məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edilməməyimi tələb edir. Bu isə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vurmasıdır.

Sağlamlığın qorunması hüququ, yəni müalicəyə ehtiyacı olan şəxsin müalicə müəsisəsinə qəbul olunmaq müalicə almaq hüququ Konstitusiya ilə müəyyən edilir. Bu hüququ heç kəs məhdudlaşdıra, yəni qadağan edə bilməz. Belə bir səlahiyyət direktora da verilməyib. Onun mənim müalicə müəssisəsinə qəbulumu qadağan etməsi, Konstitusiyada nəzərdə tutulan hüquqlarımın pozulması deməkdir.

Yuxarıda qeyd etdiyim kimi, mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır. Nəbiyev Canəli Xanəli oğlu məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edlməməyimi tələb edir, o mənim hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozur.

Həmin hərəkətlər isə vəzifəli şəxs kimi Direktor tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə həyata keçirilmişdir. Mənim müalicə müəssisəsinə qəbul olunmamağım hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozmuşdur. Ona görə də direktor- Nəbiyev Canəli Xanəli oğlu cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bundan əlavə, hesab edirəm ki, Nəbiyev Canəli Xanəli oğlunun hər hansı bir iclasda, yaxud həkim ekspert komissiyasında məni müayinə edəndə, mənim guya cinayət və ya cinayət xarakterli əməllər törətməyimi səsləndirməsi böhtandır və bu isə onu səsləndirən şəxs barəsində cinayət məsuliyyəti yaradır.

Hörmətli Mehriban xanım,

Həkim ekspert komissiyası mənim əmək qabiliyyətliliyimi təxminən 10 nəfərin otaqda olduğu vaxt yoxlayanda direktor Nəbiyev Canəli Xanəli oğlu mənim “əməliyyat olunmağımın yalan olmasını”bildirmiş, məcburən mənim əməliyyat olunan yerimi göstərməyimi tələb etmiş, başqalarının yanında mənə yara yerimi göstərməyə məcbur etmişdir. Bu faktın özü də ləyaqətin alçaldılması, təhqir kimi qəbul edilməlidir.

Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev cənablarının gözəl bir ifadəsi vardır: "dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Bu hikmətli ifadənin hazırkı dövrümüzdə də hüquqi dövlətimizdə icra ediləcəyi ən böyük ümidimdir.

Hörmətli Mehriban xanım,

Həmçinin bilavasitə sizə müraciət etməkdə məqsədim odur ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Nəbiyev Canəli Xanəli oğlu həmin bölgədə çox insanların hüquqlarına təcavüz edir və gələcəkdə də edəcəkdir. Onun bu qanunsuz əməlləri Ağdam sakinlərinin normal tibbi yardım almaq hüquqlarından məhrum edir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, bu məsələnin ciddi şəkildə araşdırılmasını, direktor Nəbiyev Canəli Xanəli oğlu barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,
Sadıqova Mətanət Əli qızı
"11" noyabr 2024-cü il"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Bu gün, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Bu gün, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru