AAYDA-da BÖHRAN: Dövlət müflis vəziyyətə düşüb, YOXSA? - NARAZILIQ VAR...
Tarix: 28-01-2025, 08:50 |
Çap et
Artıq ayrı-ayrı dövlət qurumlarında çalışanların əməkhaqqılarının verilməsində müşahidə olunan yubanmalar bir ənənə halını almaqdadır. "DİA-AZ" xəbər verir ki, bu məsələ ilə əlaqədar nonlarla şikayətlər səsləndirilir.
Bu dəfə isə narazılıq edənlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rayonlarda fəaliyyət göstərən idarələrinin işçiləridir.
"DİA-AZ"ın xəbərinə görə, bununla bağlı məlumat paylaşan jurnalist Elşən Əlisoyun sözlərində görə, AAYDA-nın yerlərdəki idarələrinin çalışanları dekabr ayının əmək haqqını ala bilməyiblər.
O açıqlamasında qeyd edir: "İki aydır ki, bir tikə çörək üçün zülm çəkən fəhlələrin maaşlarını saxlayanlar anlamırlar ki, bu insanların ailələri nə ilə dolanırlar?
Onsuz da qəpik-quruş alırlar, onu da vaxtında vermirlər. Yənı dövlət həqiqətən də müflis vəziyyətə düşüb?"
Təbii ki, Azərbaycan dövlətinin kifayət qədər maliyyə resursları mövcuddur. Sadəcə, olaraq kimlərsə işçilərin əməkhaqqı fonduynu əlavə qazanc yerinə çevirib. Elə bu günlərdə Hesablama Palatasının dövlətə aid qurumlardan birinin ünvanına səsləndirdiyi məlum şok ittihamdan da anlaşılır ki, artıq vəzifəli şəxslər maaş fondunu və yaxud da dövlətə aid digər vəsaitləri öz qazancları naminə banklarda müəyyən müddətə saxlayaraq külli miqdarda pul mənimsəyirlər...