Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkətə qarşı İTTİHAM - vətəndaşın pulunu qaytarmaq istəmir
Tarix: 3-04-2025, 09:27 | Çap et
 Lənkəran rayon sakini Rzayev Zaur Camal oğlu "AID Language Center" Məhdud Məsuliyyətli Cəmiyyətindən şikayətçidir. AzToday.org xəbər verir ki, Z.Rzayev şikayətində 2024-cü ilin may ayında "AID Language Center" MMC ilə müqavilə bağladığını, lakin sonradan qarşı tərəfin müəyyən bəhanələr gətirirək öhdəliyini pozduğunu yazır: "2024-cü ilin may ayının 2-də "AID Language Center" MMC şirkəti ilə müqavilə bağladım. Müqavilə bağlamaqda məqsədim övladımın müalicəsi üçün xaricə getmək idi. Şirkət bu məsələdə bizə yardımçı olacağını bildirmişdi. Şirkətlə müqavilə imzalanan ərəfəsində özümün və həyat yoldaşımın xarici dil biliyinin olmadığı bildirdim. Şirkət bu məsələdə narahat olmamağımızı deyərək bizə xarici dil kursunda tələb olunan səviyyəyə çatdıracağına söz verdi". Şikayətçi vətəndaş müqavilədə nəzərdə tutulan məbləğin yarıdan çoxunu ödədiyini bildirir: "AID Language Center" MMC-yə müqavilə üzrə dil tədrisi istisna olmaqla 2500 manat ödəməli idik. Bu məbləğin 1500 manatını ödədik. Yerdə qalan min manatını isə sənədlər tam hazırlanandan sonra ödəyəcəkdik. Şirkət həyat yoldaşım və mənə dil kursları üçün əlavə ödəniş tələb etdi. Şirkət bizə bildirdi ki, hər biri 500 manat olan iki paket alsaq bizə xarici dili sənədləşmə işləri başa çatanadək normal səviyyədə öyrədəcək". Zaur Rzayev "AID Language Center" MMC-yə əlavə 1000 manat ödədiyini deyir:
"Həyat yoldaşım Rzayeva Nübar Rafail qızı və özüm üçün 2024-cü ilin iyun ayının 10-da şirkətə məxsus 5** ** ** * 39 nömrəli karta 1000 manat ödəyərək iki paket götürdük. Bizə o zaman bildirildi ki, yay aylarına qədər ingilis dili səviyyəmizi mövcud proqramlarla zənginləşdirəcəklər. Pulu ödəyəndən bir ay sonra kursa başladıq. Kursa başlayandan sonra 3 ay normal formada dərslər keçirildi. Lakin 3 ay tamam olandan sonra bizə ayrılan limitin qurtardığını deyərək əlavə ödəniş tələb etməyə başladılar. Lakin biz də şirkət nümayəndələrinə ödəniş tələbinin doğru olmadığı, əlavə vəsait ödəməyəcəmiyimizi bildirdik. Sonda şirkət nümayəndələrinin bu hərəkətindən bezib müqaviləyə xitam verilməsini, müqavilə üzrə ödədiyimiz 1500 manatın geri qaytarılmasını tələb etdim". Zaur Rzayev bildirir ki, şirkət nümayəndəsi Emil Nadirlinin onlara müqavilənin ləğv edilməsinin mümkün olmadığı, ödənilən 1500 manatı geri qaytarmayacaqlarını deyib. Bundan sonra dəfələrlə "AID Language Center" MMC-nin rəhbəri Nigar xanımın qəbulunda olmağa dəfələrlə cəhd etsəm də şirkət nümayəndələri imkan verməyib. Sonra şikayətçi vətəndaş "AID Language Center" MMC-yə ödədiyi 1500 manatın geri qaytarılmayacağı təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirir.
Şikayətlə əlaqədar şirkətdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Belə ki, şirkətin əlaqə nömrələrinə etdiyimiz zənglərə cavabsız qaldı. Həmçinin, şirkətin e-mail adresinə yazdığımız sorğuya hələlik cavab verilməyib.
Qeyd edək ki, "AID Language Center" MMC qalmaqallı aparıcı Nigar Fərhada məxsusdur. O, bir-neçə gün əvvəl efirdə dediyi "oğluma atası olmayan qızı almaram" sözləri tənqidlərə səbəb olmuşdu...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|