Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Sosial > Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ...
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ...Bu gün, 11:13 |
Xaricdən gətirilən keyfiyyətsiz toyuq məhsullarının son vaxtlar Naxçıvan bazarlarında peyda olması yerli sakinlər arasında ciddi narahatlıq yaradıb. Əsasən yerli məhsullara alışmış alıcılar mənşəyi bəlli olmayan bu toyuqları almağa məcbur qalırlar. Sakinlərin „Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, son dövrlər ərzaq bazarında monopoliya güclənib, yerli məhsullar isə tədricən sıxışdırılır. Yerli istehsalın azalmasının səbəbi kimi xaricdən gətirilən ucuz məhsulların bazara çıxarılması və yerli sahibkarlara qoyulan məhdudiyyətlər göstərilir. Bu monopoliyaya isə, yüksək vəzifəli məmurların nəzarət etdiyi bildirilir. Adının açıqlanmasını istəməyən sahibkarlardan biri yerli Qida Təhlükəsizliyi Agentliyinin bu vəziyyətə bilərəkdən göz yumduğunu bildirir: "Bizim məhsullarda cüzi bir problem yaranan kimi dərhal başımızın üstünü kəsdirib, yüksək məbləğdə cərimələyirlər. Amma kənardan gətirilən keyfiyyətsiz məhsullara heç kim müdaxilə etmir. Toyuqların keyfiyyətsiz olduğu görünüşündən və qoxusundan bəlli olur. Harda və necə qablaşdırıldığı da məlum deyil. Amma bu məhsullara yaşıl işıq yandırılır, çünki yuxarıda oturan müəyyən şəxslərlə razılaşmalar var. Aylıq hesablarını alıb, göz yumurlar. Əvvəl belə şeylər yox idi, dərmizi soysalar da, sümüyümüzü atmırdılar, yerli istehsala şərait yardırdılar. Yeni rəhbərlik çox acgözdür. Bizdən aldıqları rüşvətlə gözləri doymur, monopoliya yaradb, kənardan da gətirirlər. Yuxarıdakılar dərk etmirlər ki, bu yolla yerli iqtisadiyyata nə qədər zərər vururlar. Onları ancaq öz cibləri düşündürür. Belə davam edərsə, yerli istehsal tamamən sıradan çıxacaq." Naxçıvan şəhər sakini B. Ağayev də marketlərdə satılan bəzi toyuq məhsullarının üzərində istehsalçı ilə bağlı məlumatın olmamasından narazıdır: "Bu toyuqlar əsasən Naxçıvanda yeni açılan böyük marketlərdə, hətta bazarda açıq satılır. Pis qoxusu və dadı var. Amma ucuz olduğu üçün camaat məcbur alır. Kasıb insanlardır, əsasən ucuz məhsula üstünlük verirlər. Yerli məhsullar bir qədər bahadır, ona görə də alıcı azdır. Toyuqların üzərində əsasən rus və ya ukrayn dilində yazılar olur. Hətta bəzilərində istehsalçı haqqında heç bir məlumat verilmir." Geri qayıt |