Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Burda doğru danışana TƏZYİQ EDİRLƏR...
Əsas Səhifə > Manşet, Güney Press > Burda doğru danışana TƏZYİQ EDİRLƏR...

Burda doğru danışana TƏZYİQ EDİRLƏR...


Bu gün, 12:36
Burda doğru danışana TƏZYİQ EDİRLƏR...
"Hal-hazırda məni boru oğurluğunda ittiham edirlər və əsassız olaraq, xüsusən də SOCAR və Azəriqaz İB-nin fəaliyyətini tənqid etdiyimə görə xüsusi tapşırıqla məni təqib edirlər..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciətində "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Emil Tahirov qeyd edib.
O daha sonra başına gələnlə\ri belə nəql edir: "Mənə qarşı qarayaxma kampaniyası aparırlar... İşdən çıxmağım üçün Ağsu RQİİ-nin rəisi və Göyçay XS-nə yeni təyin olunan XS-i üzrə rəis müavini əllərindən gələni edirlər.

İstəyirəm burdan bilməyənlərə, yəni adını çəkdiyim qurumların rəhbərlərinə xatırladım ki, 1995-ci il noyabrın 22 tarixində ulu öndərimizin - Yeni Azərbaycanın qurucusu Heydər Əliyevin sədirliyi ilə keçirilən referendumda qəbul olunan konstitusiyamızın 57-ci maddəsinin 2-ci bəndində deyilir ki, tənqid eləmək hər bir vətəndaşın haqqıdır və eləcə də Azərbaycan qanunvericiliyi 12-ci maddəsinin 4-cü bəndinə əsasən tənqid edənin təqib etmək cinayətdir.

Hörmətli rəhbərlər 2021-ci ildən bu günə qədər yazdığım məktublarda verdiyim məlumatları araşdırın... Və o zaman kimin oğru, kimin doğru olduğunu ayırd edəcəksiniz. Bundan sonra oğrunu cəzalandırın.

Eybi yox... bir sillə də mənə dəysin... ancaq cəsasız qalan olmasın".


Geri qayıt