Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Güney Press > Tanınmış ziyalılar Prezidentə müraciət etdilər
Tanınmış ziyalılar Prezidentə müraciət etdilərBu gün, 15:50 |
![]() Bir qrup alim, ictimai xadim və yazar tanınmış dilçi-alim İdris Abbasovun mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb. Müraciətdə uzun illərdir kirayələrdə və yataqxanalarda yaşayan İdris Abbasova ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur. Müraciətdə deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov haqqında bu məktubu Sizə ünvanlayanda elm adamlarına böyük diqqətinizə güvənir, xahişimizə həssas yanaşacağınıza ümid bəsləyirik: "Nəzərinizə çatdıraq ki, İdris Abbasov müstəqillik dövrü Azərbaycan dilçiliyində müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun fundamental elmi tədqiqatların aparılmasında, dilşünaslıq sahəsində müvafiq kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan az sayda dilçi-alimlərdən biridir. İdris Abbasov Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə və Bakı Dövlət Universitetində müəllim, Naxçıvan Dövlət Universitetində müəllim, sonra kafedra müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş elmi işçi, sonra şöbə müdiri vəzifələrində olmaqla, 30 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, dilçililik elmində, xüsusən sami dilləri, nəzəri dilçilik və Azərbaycan dilçiliyi sahəsində əhəmiyyətli əsərlər ortaya qoymaqla, dilçiliyimizə “tərcümə, tədqiqat və şərh” üslubunu gətirmişdir. Bundan əlavə, o, on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Naxçıvan MR İdarəsinin rəisi vəzifəsində çalışmışdır. İ.Abbasovun XXI əsrdə canlandırdığı dahi Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi” (Azərbaycan dilinin ilk elmi qrammatikası) monoqrafiyası Azərbaycan dilçiliyində hadisə sayılmış və əsər 2018-ci ildə Dövlət mükafatına təqdim olunmuşdur. Onun dilçiliyə dair digər əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İ.Abbasov yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifidir. Onun monoqrafiyalarına dünyanın müxtəlif ölkələrindən müsbət münasibət və rəylər bildirilmişdir. Lakin dövlətimizə və elmimizə kifayət qədər xidmətləri olan bir şəxs, təəssüf ki, maddi çətinlik içərisində 4 nəfər ailə üzvü ilə birlikdə tam əlverişsiz bir şəraitdə – kiçik yataqxana otağında yaşayır. Ailə-uşaq qayğısı olan bir alimin evsiz, üstəlik də yetkin yaşlı xəstə övladının olmasının nə qədər çətin olduğunu geniş vurğulamağa, yəqin ki, ehtiyac yoxdur. Əgər alimə dövlət tərəfindən kömək göstərilməsə, onun öz mənzil problemini nə vaxtsa öz gücü ilə həll edəcəyini düşünmək çətindir. Möhtərəm cənab Prezident! Biz aşağıda imza edənlər elm və dövlətimiz qarşısındakı xidmətlərini, özünün, xüsusən övladının uzunmüddətli xəstəliyini, çətin maddi durumda yaşadığını nəzərə alıb professor İdris Abbasovun fərdi mənzillə təmin olunmasına kömək etməynizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün elm və ümumən, ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən dərin və sonsuz minnətdarlığımızı bildiririk". Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əbülhəsən Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü Qulu Məhərrəmli – filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, Prezident təqaüdçüsü Nigar Gözəlova – tarix elmləri doktoru, dosent, AMEA Nizami Tağısoy – filologiya elmləri doktoru, professor, AMEA Əsəd Cahangir – filoloq, tənqidçi, ədəbiyyatşünas, AYB Sərdar Zeynal – filologiya elmləri doktoru, professor, APU Vüqar Qaradağlı – filologiya elmləri doktoru, BDU Nəsrulla Məmmədov – filologiya elmləri doktoru, professor, BDU Siracəddin Hacı – filologiya elmləri doktoru, dosent, AMEA Ramin Əlizadə – tarixçi-urartuşünas, AMEA İlhami Cəfərov – filologiya elmləri doktoru, AMEA Zülfiyyə Musəvi – filologiya üzrə fəlsəfə doktoru, AMEA Gülsüm Hüseynova – filologiya elmləri doktoru, dosent, AMEA Faiq Ələkbərli – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA Gülşən Axundova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Fizuli Mustafayev – filologiya elmləri doktoru, AMEA Adilə Nəzər – şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, AYB Nəriman Qasımoğlu – tarix üzrə fəlsəfə doktoru Səyyar Məmmədov – filoloq, Naxçıvan MR Mədəniyyət Nazirliyi Fuad İslamzadə – tibb üzrə fəlsəfə doktoru, dosent, ATU Xanoğlan Əhmədov – jurnalist, təsisçi və baş redaktor İradə Sarıyeva – filoloq, jurnalist Şahnaz Salehqızı – jurnalist, baş redaktor Vasif Sadıqlı – filoloq-jurnalist, təsisçi və baş redaktor Pərvin Abışova – jurnalist, ictimai şəxs Ləman Ələşrəfqızı – veriliş redaktoru, köşə yazarı, Azərbaycan Respublikasının əməkdar jurnalisti Həbibə Abdulla – jurnalist, baş redaktor Məhəmməd Ərsoy – jurnalist, baş redaktor Elçin İbrahimov – filologiya elmləri doktoru, professor, Qarabağ Universiteti Elvar Mirzəoğlu – hüquq elmləri üzrə fəlsəfə doktoru Elçin Əfəndi – təhsil üzrə mütəxəssis, ictimai şəxs Xavər Həsənova – fizika üzrə fəlsəfə doktoru, BDU Cəbrail Həşimov – müəllim Aygün Əzizova – baş redaktor, “Qanun” nəşriyyatı İlham Əhmədov – təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU Ayaz Arabaçı – şair-filoloq, AYB Nəriman Seyidəliyev – filologiya elmləri doktoru, AMEA Fidan Salayeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Günel Aslanlı – tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Mobil Aslanlı – pedaqogika elmləri doktoru, BDU Rasim Qurbanov – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Qətibə Mahmudova – filologiya elmləri doktoru, AMEA Nərgiz Hacıyeva – filologiya elmləri doktoru, AMEA Elnurə Hüseynova – filologiya üzrə fəlsəfə doktoru, AMEA Türkan Əsgərova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Elşad Allahverdiyev – filologiya üzrə fəlsəfə doktoru, dosent, MDU Günay Rəfibəyli – filologiya üzrə fəlsəfə doktoru, dosent, BDU Aytən Hümbətova – filologiya üzrə fəlsəfə doktoru, BDU Nigar Seyidova – filologiya üzrə fəlsəfə doktoru, BDU Ramil Bayramov – filologiya üzrə fəlsəfə doktoru, BDU Könül Məlikova – müəllim, ADİU Təhminə İsmayılova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA İntizar Salehova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Təranə Şükürlü – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Bənövşə Məmmədova – filologiya elmləri doktoru, dosent, ADU Xədicə Əyyubova – filoloq, baş müəllim, ADU Elmira Kənan – filoloq, baş müəllim, BQU Aqil Cəfərov – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Vəfa Seyidova – filologiya üzrə fəlsəfə doktoru, dosent, ADU Seyfəddin Eyvazov – filologiya üzrə fəlsəfə doktoru, dosent, NDU Zəki Bayram – filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, AMEA Zaur Əliyev – siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Mehparə Rəhimqızı – müəllim, orta məktəb Şəlalə Xəlilova – filoloq, müəllim Lalə Əliyeva – tarix üzrə fəlsəfə doktoru, dosent, BDU İrada Zarqanayeva – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA Xatirə Məlikova – operator, AMEA Zemfira Əliyeva – filologiya elmləri doktoru, dosent, AMEA Aytən Allahverdiyeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Pərvin Bayramova – filologiya üzrə fəlsəfə doktoru, AMEA Leyla Yusifova – filologiya üzrə fəlsəfə doktoru, AMEA Elnurə Abbasova – filologiya üzrə fəlsəfə doktoru, AMEA Günel Bayramova – filologiya elmləri doktoru, dosent, AMEA Geri qayıt |