Əsas Səhifə > Manşet, Güney Press > "Dəfələrlə müdriyyətə demişik, amma..."
"Dəfələrlə müdriyyətə demişik, amma..."Dünən, 17:09 |
![]() SOCAR Neft Kəmərləri İdarəsi Qaradağ İstehsalat Bölümü Birləşdirilmiş Neft Nəqli Sahəsində çalışan işçilər giley edir. "DİA-AZ" Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya istinadla həmin müraciəti olduğu kimi təqdim edir: "Neft Kəmərlərinin Qaradağ İstehsalat Bölümünün Birləşdirilmiş Neftin Neqli sahəsinin işçilərinə əvvəllər verilən servis maşın indi verilmir. 3 sahənin neftin nəql edirik. Binəqədi, Bibiheybət və Lökbatan. Qalmışıq yollarda maaşımızın çox hissəsi taksilərə,yollara gedir. Amma Qaradağ İstehsalat Bölümü və Neft Kəməri İdarəsi bunu həll ede bilmir . 3 sahəyə gedirik, harada neft nəqli varsa gedirik. Səhər maşın aparir amma axşam özümüz qayıdırıq. Lökbatan sahesi də dağın başıdir, düşüb qalxa bilmirik yollar palçıq, soyuq, itlər də bir tərəfdən. Qadin işçilər də var qorxurlar. Dəfələrlə müdiriyyətə demisik.Deyirlər ki, guya qaraj deyir ki,maşın axşam saat 7-dən sonra qaraja buraxılmır. Ona görə də yollarda əsir-yesir qalmışıq. İş maşını olmadığına görə pis vəziyyətə düşmüşük 3 sahələrin hamısına da sürünə-sürünə qalırıq. Baxan yoxdur. Fəhləni düşünən yoxdur... Xüsusi geyimlə təchizat. 3 sahəni birləşdiribler 2 ildən sonra 1 ədəd forma geyim veriblər,onu da deyirlər hansı sahəyə getdiz daşıyın özünüzlə. . Əvvəl 3 forma verirdilər hərəsin bir sahəyə qoyurduq qalirdi. Şərait yox amma tələbləri böyükdür..." Qeyd edək ki, neft çalışanlarının bu müraciətini diqqətə çatıdran NHMT sədri "araşdırılmasına ciddi ehtiyac duyulur" çağırışı ilə əlaqədar qurum və şəxslərə xitab edərək, aşağıdakıları əlavə edib: "Cəzasızlar... Bəndə qorxunuz yoxdur... Yerindəcə "həll edirsiniz". Bəz Allah qorxusu? Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət... İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar..." Geri qayıt |