Əsas Səhifə > Manşet, Siyasət > Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir...

Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir...


Bu gün, 08:50
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir...
Bu gün barəsində ən çox şikayət olunan qurumlardan birinin və daha dəqiqi birincisinin elə "Kontakt Home" olduğunu qeyd etsək yanılmarıq. Bildirək ki, başında keçmiş deputat Elnur Allahverdiyevin dayandığı bu satış şəbəkəsi özünü əməlli-başlı qanunsuzluq, "bespredel" mühitində hiss etdiyindən artıq vətəndaş gileyləri də adi sözlərə çevrilib.

Biz isə "DİA-AZ" olaraq növbəti narazılıq dolu müraciəti təqdim etməklə yanaşı, gərəkən qurumları əməli müdaxiləyə - DÖVLƏT adına müdaxiləyə dəvət edirik ki, insanlarımız bu qədər incidilməsin...

Beləliklə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Usta Babayev adlı istifadəçi belə yazır:

"Şikayətim "Kontakt Home" şirkətindəndir. Paltaryuyanımız zəmanət müddətində xarab oldu. Aparanda dedilər ki 14 günə düzəldib verəcəyik. 20 gün keçib hələ də doğru-düzgün məlumat vermirlər.

Hər dəfə zəng edəndə deyirlər, sistemdə belə ad yoxdur, sonra israr edəndə adı tapırlar amma məhsul barədə dəqiq məlumat vermirlər. Səbəb soruşanda ehtiyat hissəsi xaricdən gəlməlidir, -deyirlər. Təklif etdim ehtiyat hissəsini özüm alım verim... yetər ki tez gətirsinlər. Heç bir normal cavab verilmir.

Özüm servis işi ilə məşğul olduğuma görə problemin bir neçə saata həll olunduğun bilirəm.

Hətta ustamız təklif etdi ki bir saata düzəldib verəcək.

Bir ustanın 1 saata etdiyi işi 20 günə edə bilmirsiz.

Servisin belə işləməsi qəbulolunmazdır,əgər bacarmırsızsa çəkilin qırağa bu işi keyfiyyətli görənlər etsin.

Məqsəd nədir? Aldığımız məhsulu zay çıxsa, sizə müraciət etməyək?"

Geri qayıt