Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...`
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...`Bu gün, 11:33 |
![]() "Şikayətim "Bolt" sürücüsündəndir. Dünən bir hadisə başıma gəldi. Və, bunu burda yazıram ki, onun kimi sürücülər varsa, xahiş edirəm işləməyin. Sizə uyğun sahədə işləyin. Mən hər gün 2 yaşlı uşağı bağçadan götürüb evə gətirmək üçün "Bolt" taksidən istifadə edirəm. Ünvana gedib, geri qayitmaq ümumilikdə 15 dəq.ə vaxt aparır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Gülay Mirzəyeva adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir: "Bolt 3.50 azn yazdığı halda həmişə bu məsafə üçün 5 azn ödəyirəm. Dünən yaşı 60-65 arası dayı sürücü gəlib. Məni bağçaya apardı. Maşından düşüb uşağın arxasıycan getdim. Uşaqları bağçadan götürən valideynlər bilir, bəzən uşaqlar hazır olmur, valideynin gəlməyini görəndən sonra uşağı geyindirirlər, valideynə təhvil verirlər. Və bu bir qədər zaman aparır. Mənim uşağı bagçadan götürməyim 3 dəq.vaxt aparıb. Bağçadan çıxanda (maşının dayandıgı yerə qədər təxminən 30 metr məsafə olar) uşağın əlindən tutub, maşına tərəf gəlirdim ki, sürücü 3-4 dəfə siqnal verib, əsəbi halda əllərini rula vurub, məni maşına çagırdı. Maşına əyləşib, soruşdum: -Dayı, nəsə problem var? - Mən sənin şəxsı sürücün deyiləmeee, məni gözlədirsən" -Anlamadım, mən uşaq götürurəm bağçadan, gözləmək pulsuz deyil axı, gözləməyə görə, pul yazır, nə yazacaq onu ödəyəcəm -Mən, o xidməti aktiv eləməmişəm. Mən niyə gözləməliyəm ki, uşagın əlindən tutub gələsən, götür uşağı qucagında gətir dəəə, mən xəstə adama... -Xəstəsinizsə, narahatsınızsa, maşını saxlayın, mən düşürəm, buna görə başqalarının qanını qaraltmaq lazım deyil. 5 azn.i verdım, dedim, yolun yarısını gətirmisiniz, pulunuzu burdan çıxın. - "Mənə sənin pulun lazim deyil, düş" -" Mənə də sürücünün 2 azn sərf etdiyi yolun minnəti lazım deyil" Maşını sürməyə davam elədi. Dedim, sız müştəriyə qarşı düzgün hərəkət eləmədiniz. Barmaq hərəkəti ilə hədələmək, tələsdirməyi mənim atam, və ya yoldaşım edə bilər. Mən nə sizin qızınız, nə də qohumunuz deyiləm ki, mənə belə hərəkət edəsiniz. Xəstəliyə gələndə, mənim də özümə görə öz xəstəliklərim, öz problemlərim olur. Amma, buna görə başqalarının qanını qaraltmaq doğru deyil. - Sənin də uşağın əlindən tutub gəlməyin doğru deyil, adam uşağı qucağına alar, gətirər. -Bəlkə, mənim nəsə problemim var, uşağı qucağıma ala bilmirəm, əlindən tutub gəlirəm? Nə qədər vaxt gözlədirəmsə onun da pulunu ödəyirəm. - Qəpik, quruş? - Qəpik, quruş dediyiniz məbləği mən təyin edirəm? Narazısınızsa mənə niyə? şirkətinizə, dövlətinizə etirazınızı bildirin. Mən, 3.50 azn məbləğ təyin olunan məsafəyə, sürücünün xeyri üçün 5 azn ödəyirəm. Əgər 15 dəq.ə vaxt sərf edib, 5 azn qazanmaq sizin üçün qəpik-quruşdursa, onda bu sahədə işləməyin. 2 ildir Boltdan sitifadə edirəm. Nadir halda narazıçılığım olub. Gənc sürücülərimiz olub ki, nəzakət qaydalarına riayiət edərək, heç bir problem olmadan, hətta, işdən çıxdıgım anda, əlimdə yüküm, körpə uşaqlı olduğumu görüb, maşının qapısını açıb, uşağı düşürməkdə kömək edənlər də olub. Özüm də, həmişə, sürücülərlə nəzakət qaydalarına uygun davranan biriyəm. Həmişə "zəhmət olmasa saxlayın", "zəhmət olmasa gözləyin" normal insani münasibət göstərmişəm. Bu hadisədən belə qənaətə gəlirəm ki, bəzi yaşlı insanlar səbirsiz olur və müştəri ilə düzgün davranış qaydalarına riayiət edə bilmir. Belə sürücülərdən xahiş edirəm, öz səbrinizə görə iş tapın, icazə verin, işi işləyə bilənlər işləsin..." Geri qayıt |