Əsas Səhifə > Manşet, Gündəm > Dövlət adından oynanan QUMAR...
Dövlət adından oynanan QUMAR...Bu gün, 11:53 |
![]() "Gələk birbaşa mətləbə: Sovet dövründə də lotereyalar oynanılırdı. 30 qəpiklik adi, 50 qəpiklik isə OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti-Rus dilində «DOSAAF) lotereyaları var idi. Bu lotereyalar cəmiyyətdə çox obyektiv və düzgün qarşılanırdı. Çünki həmin lotereyalarla həm varlılar, həm də kasıblar nəsə uda bilirdilər. Kasıblar maşın udanda isə, varlılar həmin lotereyanı üçqat qiymətinə alırdılar. Çünki nə vaxtsa həbs olunma təhlükəsi olardısa, evi, əmlakı məhkəmə qərarı ilə müsadirə olunan zaman lotereya ilə udulmuş maşına dəymirdilər. Qısası, o dövrdə əhalidə bu lotereyalara böyük inam var idi. Uduşda maşından tutmuş, mebellərə, paltarlara və digər məişət avadanlıqlarına qədər, hər şey var idi. Hətta uduşda nağd pullar da olurdu. Özüm də bu uduşların şahidi və iştirakçısı olmuşam..." YAZININ ƏVVƏLİ BURADA: BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR... Yazının davamında deyilir: "Bəs əmək qanunvericiliyinə “Azərlotareya” ASC-də necə əməl edilir? Araşdırmamıza əsasən demək olar ki, bu qurumda əmək qanunvericiliyinin heç bir bəndinə əməl olunmur. Məlumat üçün deyim ki, Bakının küçələrində, ətraf qəsəbə və kəndlərdə, həmçinin rayonlarda bu kartları satanların sayını müəyyən etmək mümkün deyil. Belə insanların sayı minlərlədir. Bu insanların heç birinə aylıq əmək haqqı verilmir. Maraqlı deyilmi? Qeyd etdiyim kimi, qazanc ildə 628 milyon manatdır. Amma bu puldan heç kimə əmək haqqı nəzərdə tutulmur. Üstəlik, bu işçilərlə heç bir əmək müqaviləsi də bağlanmır. Bu isə açıq-aşkar vergidən yayınma və korrupsiya faktı deyilmi? Əlbəttə, məhz belə qanusuzluqların sayəsində bu oyunun arxasında duran işbazın bir ildə 628 milyon manat qazanması təəccüb doğurmamalıdır… Çünki uduşa pullar qoymur, ona bu milyonları qazandıranlara isə, əmək haqqı verilmir. Belə olan surətdə də kasıbların hesabına pullar sel kimi gələcək və necə ki, gəlir. «Poz-qazan»ın sirri açılır… Araşdırma zamanı müəyyən etdim ki, bu kartları satanlar hər satılan 100 kartdan 7 manat, kart sahibləri isə 93 manat qazanır. Gün ərzində yağışdan sonrakı göbələklər kimi artmış bu dəmir köşklərin hər birində 400, 450 və 500 ədəd birmanatlıqdan 10 manatlığa qədər olan kartlar satılır. Bu satışdan satıcılara əmək haqqı olaraq qazandıqları 7 manatdan yox, yuvarlaqlaşdırıb 400-dən 500 manata qədər pul verirlər. Yəni, satılan hər 100 kartdan qazanılan 7 manatın da yarısını kəsirlər və bu azmış kimi, üstəlik, hər bir satıcı ayda “Azərlotereya” ASC-nin hansısa departamentinə “KapitalBank»dan olan şəxsi karta 91 manat pul ödəyir. O da maraqlıdır ki, heç kim də onlara demir ki, bu 91 manat nədir və nə üçün ödənilir? O da təəccüblüdür ki, həmin 91 manatı ödəmək üçün satıcılara verilmiş 16 rəqəmli kodu yığanda heç bir ad, soyad çıxmır. Pul banka yox, adı məlum olmayan şəxsin hesabına ödənilir. Bu şəxsi heç satıcılar da tanımır. Qədimlərdə yığılan “dinmə, ver” töycüsü kimi, həmin şəxs də satıcıları beləcə soyub, talayaraq, qul kimi istismar edir. Özü də yüksək texnologiyalar dövrü olan XXI əsrdə, belə talançılığı etməyə risk edirlər. Bu faktlardan korrupsiya iyi gəlmirmi? Bəs Dövlət Vergi Xidməti hara baxır? Əmək müfəttişləri də yəqin uzun müddətli “ezamiyyətə çıxıblar…”. Hamının gözü qarşısında baş verən bu boyda cinayətləri niyə görmək istəmirlər? Axı şəhərin bütün nöqtələrində bu lotareyaları satanların heç bir zvzr müqaviləsi yoxdur, az olan əmək haqqı nağd şəkildə verilir, pullar bank hesablarına yox, adı məlum olmayan şəxsi kart hesabına ödənilir və s. Bunu bizə söyləyən satıcılar var… Daha nə baş verməlidir ki, sadladığım qurumlar qanunsuzluqları aradan qaldırmaq üçün hərəkətə keçsinlər? Maraqlıdır, deyilmi? Yayın istisində, qışın soyuğunda, səhərdən axşama qədər açıq havada bir tikə çörək puluna görə dözüb dayanan bu insanları anlamaq çətindirmi? Bi məqamı da qeyd etmək istəyirəm. Qiymətindən asılı olmayaraq, hər bir kart bağlamada 200 ədəddir. Həmin bağlamaya satıcılar 186 manat verib hansısa adını bilmədikləri departament rəsmisindən qəbul edirlər. Qazancları isə zəhmət haqqına uyğun olmur. Satıcılarla etdiyim söhbətdən aydın olur ki, onlarla əmək müqaviləsi yox, bu lotareyaları satmaq üçün adi bir müqavilə bağlanır. Deməli, bu yazıq insanlar üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) heç bir pul köçürülmür. Bu isə o deməkdir ki, pensiya yaşına çatanda əməyə görə yox, yaşa görə çox cüzi məbləğdə pensiya alacaqlar. Bu gün qazandıqları 3-5 manata “şükür” edənlər, gələcək həyatlarının problemlərini düşünmürlər. Amma onları qınamağın da yeri yoxdur. Bu satıcılar haqqında onları qul kimi işlədən, özləri isə bir ildə 628 milyon manat qazanan “Azərlotareya” ASC-nin sahibləri düşünməlidirlər. Bundan əlavə, hamının gözü qarşısında minlərlə insanı müqaviləsiz işlədərək vergidən yayınan bu qurumun qanunsuzluğuna göz yuman Dövlət Vergi Xidməti, Əmək Müfəttişliyi də öz sözünü deməlidir. Baş Prokuror yanında Korrupsiyaya Qaşı Mübarizə Baş idarəsinin rəsmiləri, nəhayət, yerindən silkələnməli və üzünü baş verən korrupsiya faktına tərəf çevirməlidir..." Geri qayıt |