Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Ölkə > 44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ...
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ...Bu gün, 11:19 |
![]() Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə qarşı ağır ittihamların yer aldığı bir məqalə "DİA-AZ"a göndərilib. Həmin məqaləni müəyyən ixtisarla təqdim edirik: YAZININ ƏVVƏLİ BURADA: Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?.. ![]() Yazının davamında deyilir: "Vilayət Vəliyev AzTU-ya özünə kimdənsə qalmış mirası kimi baxır və bəzi yandaşlarıda bunu dönə-dönə xatırladır. Yaxşı elə idisə nə üçün ermənilərə qarşı bütün Vətən oğulları Ali Baş Komandanın başçılığı altında vuruşanda Vilayət Vəliyev öz oğlunu gizlətdi. Bunlar ermənilər üzərində vətən oğullarının qazandığı qələbənin qürur hissini nə onda yaşaya bildi, nə də indi. Bunların vətən müharibəsi iştirakçılarına və onların yaxınlarına qarşı xain münasibətinin əsl səbəbi onların qürur hissindən kəsad qalmasıdır. Xalq artisti Fəxrəddin Manafov şəhidlərimiz, qazilərimiz və veteranlarımız haqqında gözəl demişdir: “Müharibədən qayıtmırlar, müharibədən qayıtmaq mümkün deyil, yəni fiziki olaraq əlbəttəki şükür Allaha, qayıdanlar var, ama düşüncə ruhu ilə onlar ordadırlar hər zaman”. Görün iş nə yerə çatıb ki, Vilayət Vəliyev şəhid, veteran yaxınlarını üz-üzə qoymaq üçün min çirkin oyundan çıxır. Onların “stress” halından mənfurcasına məharətlə istifadə edir. Ali Baş Komandanımız Möhtərəm İlham Əliyev, 1-ci Vitse president Mehriban xanım Əliyeva bu gün də müharibə atəşinin bürüdüyü şəhidlərimizdən, qazilərdən, veteranlardan danışanda kövrəlir. Nə üçün? Çünki, o odlu-alovlu günləri onlarda Vətən oğulları ilə, yaxınları ilə birgə yaşadı. Ancaq AzTU-nun yuxarıda adı keçən moşennikləri bunu heç vaxt başa düşməyəcəklər. Qürur hissindən məhrum qalmaq belə şeydir. Ona görə günahlarını özlərində deyil vətən oğullarında görəcəklər. Şükürlər olsun ki, Ali Baş Komandanın başçılığı altında torpaqlarımız erməni düşmənlərdən təmizləndi. Allah Ali Baş Komandanı, 1-ci vitse prezidenti bu xalqımızın üzərindən əskik etməsin. Onların nəzərləri olmasa Vilayət Vəliyev və onun kimilər xalqımızın başına 90-cı illərdə ermənilərin etdiyindən daha pis oyunlar açarlar. İnşallah Vilayət kimilər üçün də bir gün o “44” gün gələcək. Xalqımız 30 il dözdü, inşallah Vilayət kimilərin axırı üçün o qədər gözləmərik..." Geri qayıt |