Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır”
Əsas Səhifə > Manşet, Güney Press > QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır”

QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır”


Dünən, 17:47
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır”
Quba rayonu, Zərqova kənd sakini Əlimanov Seyfur Şahnəzər oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən, Əlimanov Seyfur Şahnəzər oğlu, Sizdən xahiş edirəm ki, işimə baxılması üçün göstəriş verəsiniz.

Mənim problemim ailə həyatımla bağlıdır. Haqsızlıqlara üzləşmişəm. Yoldaşım Xanlarova Aynur Əzizxan qızı ilə 20 ildir evliyəm. O, hazırda Quba rayonunda məşhur restoranların birində xadimə işləyir. Həmin obyekti işlədən Mübariz adlı şəxs ailəmi dağıtmaqla məşğuldur. Belə ki, yoldaşıma pul verərək, 3 uşağımı məndən ayırır.

Bildirim ki, uşaqlarım küçələrdə anaları tərəfindən döyülürlər. Kəsici-deşici alətlərlə uşaqları qorxudub, “sizi öldürəcəyəm” deyir.

Dəfələrlı işimiz Quba rayon Polis Şöbəsinə düşüb. 60 yaşlı bacımın ağzına yumruqla vurmuşdu. Bu olanları məhkəmədə də bildirmişik. Bu səbəbdən, hakim Xanlarova Aynurəyə 300 manat pul cəriməsi kəsdi.

İşimizə baxan təhqiqatçı - polis kapitanı Sənan 4 yaşlı oğlumu və 13 yaşlı qızımı mənə verdi.

Mən evdə olmayan vaxt uşaqların anası evə gəlib, hədə-qorxu göstərərək onları aparıb. Həm özü baxa bilmir, həm də vermir ki, özüm saxlayım, böyüdüb boya-başa çatdırım.

Müdiri bütün kommunal ödənişlərini ödəyərək, onun kartına pul ataraq, yoldaşımın ağlını qarışdırmışdır. Hazırda böyük qızımı da öz əlinə keçirmək istəyir. Bir ata kimi bundan çox narahatam. O qadın ana kimi vəzifəsini yerinə yetirmir. Mən uşaqlarımın gələcəyindən narahatam, onların pozulmasını istəmirəm.

Cənab Prezident, bu barədə müvafiq qurumlar göstəriş verməyinizi xahiş edirəm”.

Geri qayıt