Əsas Səhifə > Manşet, Sosial > «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi...
«Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi...Bu gün, 09:20 |
![]() İstehlakçı hüquqlarının pozulması ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova təqdim edilən şikayətlər səngimir. Sual yaranır: bəs bu zay məhsulu satanlar niyə məsuliyyət daşımırlar? Məsələn, aşağıdakı şikayət buna sübutdur. Şikayətçi, Bakı şəhər sakini Rzayeva Reyhan Qəzənfəz qızı yazır: «Bildirirəm ki, 05.07.2024-cü il tarixdə «Bakuelectronics» MMC-dən qızım Ələsgərova Könül Faiq qızının adına kreditlə1 illik zəmanətlə Paltaryuyan alışı etdim. “Paltaryuyan Samsung WW11BB744CGBLP 11KG”. 1100 manata. Çatdırılma 2 gün sonra olunub. Qısa müddətdə, 4 aydan sonra məhsulun iç barabannında metal korroziya aşqarlanmışdır və dərhal «Samsung» şirkətinin qaynar xəttinə müraciət olundu. 088-555-55-55. Tələb etdim ki, maşını ya qüsursuz maşınla dəyişin, ya da ödədiyim pulu qaytarıb, müqaviləni ləğv edin. Məni servisə yönəltdilər. 21.11.2024-cü il tarixində «Baku Service Company» şirkətinin Nəsimi filialından “Bakuelectronics»ə məxsus olan servis ustası Elmir Huseynov (0554097323) mənzilə göndərilmişdir və yerində baxış edib görüntülü ilə Bakıdakı «Samsung» nümayəndəsinə video görüntü göstərdi. Usta bildirmişdir ki, bu ləkədir, ançaq bunu sübut edən zaman bu ləkə deyil pasdır. Usta ünvandan ayrılıb gedib. Daha sonra Servis tərəfindən rəy verilib ki, barabanda qusur var, paslanıb və ünvana «BSC» tərəfindən maşın göndərilib. Paltaryuyan maşın təmirə aparılıb. 07.12.2024-cü il tarixində «BSC» ustası tərəfindən zəng olunub, bildirilib ki, qusur olan hissəsi təmir olunub və yaxınlaşılsın, təhvil veriləcək. Usta ünvana yaxınlaşıb “Paltaryuyan Samsung WW11BB744CGBLP 11KG” quraşdırılma edilib və maşına pambıq yuma proqramı işə salınıb (proqram müddəti 1.5saat) çıxıb gedib, lakin barabanın içini yoxlanış etməsini təklif etməyib. Proqram bitdikdən sonra paltaryuyana baxış keçirdən zaman, müəyyən edilib ki, güya “yeni quraşdırılan baraban” da problemli barabandır, üzərində 3 tərəfli cızıq-capıq müşahidə olunur. Əlavə olaraq aldığım paltaryuyan maşın 2024-cü il buraxılışıdır, quraşdırılan iç baraban isə 2023-cü ilin buraxılışıdır, bunu rezin manjeti qaldırdıqda 2023 göründüyündən bildim. Bununla belə, bu qənaətə qəlirəm ki, barabanın üzərindəki 3 tərəfli cızıq- çapıqlar köhnə işlənmiş və ya «Outlet»i bizə quraşdırılma olunub. Lakin akt qəbzində qeyd olunub ki, zavodda yığılıb. Təkrarən dərhal «Bakuelectronics» və «Samsung» şirkətinin qaynar xəttinə (088-555-55-55) şikayət olundu, Servis işinə səhlənkarlıq ilə yanaşaraq, yeni barabanın əvəzinə təzə “Samsung WW11BB744CGBLP” 2024-cü il istehsallı paltaryuyana istifadə olunan və ya outlet olan baraban quraşdırıb, iç tərəfində çızıq-çapıq müşahidə olunur. «Bakuelectronics» şirkətinin “Müştəri məmnuniyyəti şöbəsi”nin rəhbəri Ozan Okumuş bəyə video və şəkil təqdim olunub. O bildirib ki, bu məsələ araşdırılacaq və məlumat «BSC» servisinə və Bakıdakı Samsung nümayəndəsinə təqdim olunacaq. Onu da deyim ki, məhsulun arxa hissəsində korpusun 2 şrupu da bağlanmamışdır. Bu onu göstərir ki, «Bakuservis company» qeyri peşakar təmir edib və ya bilərəkdən alıcıları aldadır. Təkrar olaraq onlar usta yönləndirdi, usta baxış etdi. Bildirdi ki, bu cızıq çapıq deyil, zavod ştampovkasıdır və əlavə etdi ki, bu qusur deyil. Lakin bunula razı olmadığım üçün yenidən «Bakuelectronics» müştəri xidmətlərinə və Samsung qaynar xəttinə (088-555-55-55) zəng edərək şikayət etdim. Bu dəfə bildirdilər ki, bunula bağlı araşdırma olunur və sizə məlumat təqdim olunacaq. Eyni zamanda sübut üçün «Bakuelectronics» və diqər satış şəbəkəsinə yaxınlaşaraq video və şəkillər qeydə alındı. Eyni modelin «Samsung WW11BB744CGBLP» barabanının da xüsusi olaraq şəkil və videosu lentə alındı. Şəkildə-videoda eyni modelin barabanında bu kimi cızıq-çapıq əks olunmur, baraban tam şəffaf vəziyyətindədir. Bu materialları əlavə olaraq «Bakuelectronics»in +994 55 209 90 64 Müştəri məmnuniyyəti şöbəsinin whatsapp nömrəsinə təqdim etdik. Lakin buna baxmıyaraq Samsung və «Baku Servis Company» tərəfindən yenə də rəy verilib ki, bu cızıq-çapıq paltaryuyana heç bir problem yaratmır və bu zavod ştampovkası adı ilə təqdim edilir. Lakin Samsung şirkəti və «BakuServis company» video materialımıza məhəl qoymayaraq məsuliyyətdən yayınır. Mağazalarda çəkilən eyni model olaraq və diqər Samsung modellərində bəs necə olur ki, 3 tərəfli cızıq və çapıq yoxdur? Amma niyə guya təmir etdikləri ehtiyat hissəsində bu əks olunur? Bu sualıma Samsung və «Baku ServisCompany» tərəfindən hələ də cavablandırılmayıb. Bununla da bu iki şirkət nümayəndəliyi barabanın tam yenisi ilə əvəz olunmasından imtina edir. Və onlar bildirir ki, bu rəy son olaraq dəyişilməz qalır. Bu vəziyyət ilə razılaşmadığım üçün məhsulu bu çür qəbul etmirəm və istifadə etmirəm. Bildirmişəm ki, Samsung və «BakuServis Company» məhsulunu düzgün qaydada təmir edə bilmirlərsə, mən məhsulu qaytarıb əvəzinə yeni tam şəffaf olan paltaryuyan almaq istəyirəm. Lakin bildirirlər ki, qaytarma olunsa 35% ilə tutulma olunacaq. Axı onların qüsurlu ehtiyat hissəsinə görə niyə məndən pul tutulmalıdır? Bir daha müraciət etmişəm və yenə eyni usta yaxınlaşıb 08.01.2025-ci il tarixində, baxış edən zaman eyni ifadəni təkrarladı. Bildirdi ki, bu cızıq deyil, sadəcə, ləkədir, eləcə də o qusur deyil və s. Hörmətli Eyyub Huseynov cənabları, mənim istehlakçı hüququm «Samsung» şirkəti və «BakuServis company» tərəfindən pozulmuşdur. Xahiş edirəm, istehlakçı hüququmun qorunmasında mənə kömək edəsiniz». «Təzadlar» Geri qayıt |