Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > KEÇMİŞ PREZİDENTİN OĞLUNDAN SƏRT İTTİHAM
Əsas Səhifə > Dünya > KEÇMİŞ PREZİDENTİN OĞLUNDAN SƏRT İTTİHAM

KEÇMİŞ PREZİDENTİN OĞLUNDAN SƏRT İTTİHAM


12-11-2012, 10:19
KEÇMİŞ PREZİDENTİN OĞLUNDAN SƏRT İTTİHAM
"TURQUT ÖZALIN ZƏHƏRLƏNMƏSİNDƏ ALMANİYA İŞTİRAK EDİB"

Türkiyənin keçmiş prezidenti Turqut Özalın 1993-cü ildə zəhərlənməsi və ölümündə Avropa İttifaqının, o cümlədən Aİ-nin lideri Almaniyanın əli var. Trend-in məlumatına görə, bu barədə "Haberturk" qəzetinə müsahibəsində keçmiş prezidentin oğlu Əhməd Özal bildirib.
Onun fikrincə, Fransanın da onun atasının ölümü ilə əlaqəsi ola bilər.
Bir müddət əvvəl "Bugün" qəzeti Türkiyənin keçmiş prezidenti Turqut Özalın cəsədindən götürülən toxuma nümunələrinin analizinin zəhərlənmə əlamətlərini aşkara çıxardığı barədə məlumat vermişdi.
Qəzetin məlumatına görə, analiz üçün götürülən nümunələrdə Özalın ölümünə səbəb olan müəyyən miqdarda çox güclü təsirə malik strixnin zəhəri aşkar edilib.

Geri qayıt