Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > RƏQQASƏMİZİN "MARSA GEDİŞ"İ YUBANDI
RƏQQASƏMİZİN "MARSA GEDİŞ"İ YUBANDI13-05-2013, 10:20 |
Milli.Az xəbər verir ki, hind rejissoru Pritiş Çakrabotinin ekranlaşdıracağı “Marsa gediş” filmində baş rolu canlandıracaq tanınmış azərbaycanlı rəqqasə Oksana Rəsulova çəkilişlərdə iştirak etmək üçün bu həftə sözügedən ölkəyə səfər etməli idi. Əməkdaşımızla telefon söhbətində Oksana bildirdi ki, səfər ayın sonuna kimi təxirə düşüb: “Rejissorla mütəmadi olaraq əlaqə saxlayıram. Əslində çəkilişlər mayın 15-dən sonra başlamalı idi. Sadəcə olaraq, vaxt dəyişikliyi edilib. Çox güman ki, ayın sonlarında hər şey tamamlanacaq. Çəkilişin vaxtı dəqiqləşdirildikdə Hindistana gedəcəyəm”. Qeyd edək ki, rəqqasənin iştirak edəcəyi çəkilişlər bir ay davam edəcək. Geri qayıt |