Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > XALQ ARTİSTİNDƏN JEST
Əsas Səhifə > Şou-biznes > XALQ ARTİSTİNDƏN JEST

XALQ ARTİSTİNDƏN JEST


22-05-2013, 10:50
XALQ ARTİSTİNDƏN JEST
AYGÜN RÖYAYA XOŞ SÖZLƏR DEDİ

Xalq artisti Aygün Kazımova və müğənni Röya arasındakı küsülülük sona çatmaq üzrədir.

Axşam.az-ın məlumatına görə, ötən həftə 106.3 FM-də yayımlanan “Müleyli” şousunda mövzu Röya olub.
Canlı telefon bağlantısı ilə efirə qoşulan Aygün Kazımova müğənni haqqında fikirlərini bildirib. “Onlar” verilişinin lentə aldığı bu süjetdə xalq artisti Röyanın pis və yaxşı cəhətlərindən danışıb:
“Yalnız Röyanın deyil, hər ikimizin pis cəhəti odur ki, ətrafda olan insanların tələsinə düşürük. Birinci, ikinci dəfə olmasa da, beşincidə bizi tovlayırlar. Yaxşı cəhəti isə odur ki, Röya çox çalışqan, sənətini sevən biridir”.

Geri qayıt