Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > BAŞ QƏRARGAH RƏİSİ İSTEFA VERDİ
Əsas Səhifə > Dünya > BAŞ QƏRARGAH RƏİSİ İSTEFA VERDİ

BAŞ QƏRARGAH RƏİSİ İSTEFA VERDİ


10-06-2013, 10:16
BAŞ QƏRARGAH RƏİSİ İSTEFA VERDİ
Liviya ordusunun baş qərargah rəisi Yusif əl-Manquş istefa verib. O, bu qərarı bu yaxınlarda Benqazi şəhərində baş verən toqquşmalarla əlaqədar verdiyini açıqlayıb. Yusif əl-Manquşun istefa ərizəsi qəbul edilib. Vaxtilə Liviya lideri Müəmmər Qəddafiyə qarşı silahlı üsyana qalxanlardan biri olan Yusif əl-Manquş Liviya silahlı qüvvələrinin komandanı vəzifəsinə 2012-ci ilin yanvarında təyin edilmişdi.

Qeyd edək ki, Benqazidə etirazların çevrildiyi toqquşmalar zamanı ölənlərin sayı 31-ə, yaralıların sayı 100-ə çatıb. Benqazi sakinləri Liviya lideri Müəmmər Qəddafinin devrilməsində iştirak etmiş və hələ də silahı yerə qoymağa razılaşmayan qruplaşmaların yenidən formalaşdırılmasını tələb edirlər.
\ anspress \
Geri qayıt