Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > HÜSNÜ MÜBARƏK NƏDƏN NARAZI DÜŞÜB?
HÜSNÜ MÜBARƏK NƏDƏN NARAZI DÜŞÜB?12-08-2012, 12:40 |
DEVRİLMİŞ PREZİDENT ŞƏRAİT YARADILMASINI TƏLƏB EDİR Misir İnsan Haqları Şurası Mezra Tura Həbsxanasının Müalicə Müəssisəsində müalicə alan keçmiş prezident Hüsnü Mübarəkin xəstəxana şəraitindən şikayətçi düşməsi səbəbindən araşdırmalara başlayıb. Bu barədə məlumatı DİA.AZ Türkiyə mətbuatına istinadən yayıb. Misir İnsan Haqları Şurasının nümayəndəsi Nasir Emin bildirib: «Hüsnü Mübarəklə bir neçə dəfə görüşmüşük. Xəstəxanadan şikayət etdiyini bildirir. Amma buna baxmayaraq xəstəxanada tibb təchizatlarının və reanimasiya şərtlərinin müasir tələblərə cavab verdiyini gördük. Keçmiş prezidentin səhhətində heç bir problem yoxdur. Bizimlə çox rahat danışırdı». Nasir Emin devrilmiş dövlət başçısının şikayəti səbəbindən başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olmadığını da bildirib. Amma buna baxmayaraq qurum araşdırmalar aparıb, öz hesabatını açıqlayacaq. Geri qayıt |