Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Cənab Şükürovun YARIMŞTAT MARAĞI...
Əsas Səhifə > Üst manşet, Güney Press > Cənab Şükürovun YARIMŞTAT MARAĞI...

Cənab Şükürovun YARIMŞTAT MARAĞI...


Bu gün, 09:00
Cənab Şükürovun YARIMŞTAT MARAĞI...
"Son dövrlərdə AMEA Tarix və Etnologiya İnstitutunda yarımştat əməkdaşlarla bağlı qeyri-şəffaf və müəmmalı qərarların qəbul edilməsi İnstitut əməkdaşları arasında ciddi narahatlıq doğurur. Görkəmli alimlərin və tanınmış tarixçilərin “öz istəyi ilə” işdən uzaqlaşdırılması, artıq zəif elmi potensiala malik olduğu (bu sözlər institutun direktoru Kərim Şükürovun öz ifadəsidir MƏNBƏ BURADA) iddia edilən bir mühitin daha da zəiflədilməsi kimi qiymətləndirilir..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu qərarların arxasında şəxsi rəqabət zəminində hərəkət edən rəhbərliyin öz mövqeyini möhkəmləndirmək niyyətinin dayandığı ehtimal edilir. Belə görünür ki, institut rəhbərliyi elmi potensialı və nüfuzu olan alimlərə yalnız əməkdaş kimi deyil, həm də rəqib kimi baxır. Bunun nəticəsi olaraq, elmə əhəmiyyətli töhfələr verən şəxslər uzaqlaşdırılır, elmi fəaliyyətlə zəif bağlılığı olan, yalnız formal olaraq institutda mövcudluğunu qoruyan əməkdaşlar isə saxlanılır. Bu cür hallar şəxsi əlaqələr, qohumluq və ya xüsusi tapşırıqlarla əlaqələndirilir.

Bundan başqa, qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “xüsusi təyinat” çərçivəsində göndərdiyi və mühüm vəzifələrin icrası gözlənilən bir şəxsin də yarımştat mövqedə saxlanıldığı məlum olub. Belə faktlar, kadr siyasətində “şəffaflıq” və “ədalət” prinsiplərinin gözardı edildiyi təəssüratını yaradır.

Elmi inkişaf üçün kadr siyasəti strateji əhəmiyyət daşıyır və bu səbəbdən, yarımştat mövqeləri ilə bağlı qərarların elmə xidmət etməsi vacibdir. Alimlərin uzaqlaşdırılması və şəxsi maraqlara əsaslanan idarəçilik yanaşmaları institutda sağlam rəqabət mühitini pozaraq elmi tənəzzülə səbəb olur. Elmi institutların əsas məqsədi bilik istehsalını artırmaq, fərqli yanaşmaları dəstəkləmək və müstəqil araşdırmaları təşviq etməkdir. Ancaq mövcud vəziyyət göstərir ki, rəhbərlik alimləri rəqib kimi qəbul edir və onları elmi mühitdən uzaqlaşdırmaqla öz şəxsi nüfuzunu gücləndirmək məqsədi güdür. Bu yanaşma institutun daxili mühitinə və Azərbaycan elminin ümumi inkişafına ciddi zərbə vurur.

Belə idarəçilik modeli, elmə xidmət etməkdən daha çox şəxsi maraqları təmin etməyə yönəlmiş kimi görünür. AMEA Tarix və Etnologiya İnstitutunda kadr siyasətinin yenidən nəzərdən keçirilməsi, qərarların obyektivliyinin təmin edilməsi və alimlərin bir-birinə rəqib deyil, elmi prosesin birgə iştirakçıları kimi qəbul edilməsi zəruridir. Bu, yalnız institutun deyil, həm də Azərbaycan elminin dayanıqlı inkişafının təminatı olacaqdır..."

Geri qayıt