Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bank bir saxta cədvəl tərtib edərək..."
Əsas Səhifə > Üst manşet, Güney Press > "Bank bir saxta cədvəl tərtib edərək..."

"Bank bir saxta cədvəl tərtib edərək..."


Bu gün, 08:50
"Bank bir saxta cədvəl tərtib edərək..."
Jurnalist Mustafa Hacıbəyli bildirir ki, “Yelo Bank” onun girov qoyulmuş evini əlindən almaq istəyir. "DİA-AZ" xəbər verir ki, bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir. Məhkəmə işi ekspertizaya göndərir, ekspertiza borcun ödənməsinə qənaət gətirir, amma bank vəsatət qaldırıb, təkrar ekspertiza tələb edərək qərarın verilməsini yubadır. Hacıbəyli deyir ki, dostu bankdan 33540 manat kredit götürüb, faizlər də daxil olmaqla ümumilikdə 58355 manat qaytarıb.

Ödənilən məbləğ, götürülən məbləğdən 24815 AZN artıqdır. Amma bank bir saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir. Problem odur ki, həmin vaxt bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib.

“İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır, pul manatla verilib, pul verilərkən yazılan qəbz də manatladır. Amma bank “40 min dollar” deyir. Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb”. Yerli mətbuatda vaxtaşırı bankın müştərilərlə bənzər problemlər yaşaması ilə bağlı xəbərlər dərc olunur. Mustafa Hacıbəyli deyir ki, bankın 131 müştəri ilə bənzər məhkəmə çəkişməsi var. “Vaxtıyla “Nikoyl Bank” kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib. Amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib” – Hacıbəyli əlavə edir.

Geri qayıt