Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üst manşet, Güney Press > "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..."
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..."Bu gün, 10:09 |
![]() "Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev AZƏRTAC-a deyib ki, son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina edilib. Deməli, elm aləmində son beş ildə 1094 saxtakarlıq, dövləti, xalqı 1094 dəfə aldatmaq, 1094 dəfə dövlət vəsaitinin boşuna xərclənməsi. Nəticədə, iş görüntülü çıxış, müsahibə, vəssalam. Bu söhbət beş il qabaq da var idi, yenə də var, yəqin sabah da olacaq. Kimlər cəzalandırılıb, Famil müəllim? Yaxud o adların siyahısı hanı? Kimlərdir dövlətə, xalqa qan udduran o zalımlar? Tam səmimi sualdır..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib. ![]() İ.Abbasov daha sonra əlavə edib: "Görəsən, dövlətə, xalqa xidmət, rəhbərə sədaqət belə çıxışlarlamı olur?! Mən şəxsən Famil müəllimin bu tükürpədən hesabatına o zaman inanaram ki, dövlətçiliyə, elmə arxadan zərbə vuran bu 1094 nəfərdən heç olmasa, 94-nün siyahısını, düşmən mövqeyində dayanan elmi rəhbərləri, opponentləri təqdim etsin. O zaman mən Famil müəllimin ən azı 94 faiz səmimi və dövlətçi olduğuna əmin ola bilərəm. Yoxsa belə açıqlamar 5 il əvvəl heç nəyi dəyişmədiyi kimi, 5 il sonra da heç nəyi müsbətə doğru dəyişməyəcək. Niyə? Çünki səmimiyyət yoxdur. Bu qədər ziyanlı imzaların ictimaiyyətdən gizlədilməsinin o imzalarla əlbirlik mənasına gəlmək ehtimalını gücləndirməsi məntiqsiz olmaya bilər!! Qeyd 1. Diplom verən qurum rəhbərlərinin hörmətinin qanuna olan hörmətdən üstün olması yaxşı hal deyil və inkişaf strategiyasını darmadağın edir... Qeyd 2. Famil müəllim, adamın ağlına belə bir sual gəlir: Eyni maaş alan diplomlu alimin, yaxud diplom verən qurum əməkdaşının nəyə görə bir qismi var-dövlət içindədir, digər qismi gün çörəyinə möhtacdır?! Bunun, adları gizlin saxlanılan 1094 saxtaakrlıq məsləsi ilə bir əlaqəsi var, ya yoxdur?! Ümid edək ki, haqq-hesab günü gələcək, hərçənd ki, çoxumuzun ağlına gəlmir, eynən ağlımıza gəlməyənlərin başımıza gəldiyi kimi..." Geri qayıt |