![Bakı meri haqda yalan məlumat nəyə xidmət edir? Bakı meri haqda yalan məlumat nəyə xidmət edir?](/uploads/posts/2017-11/1510812389_0001.jpg)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səhhəti ilə bağlı Almaniyaya aparılması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu sözləri Axar.az-a BŞİH başçısının müavin köməkçisi Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Məlumatda qeyd edilib ki, mer hazırda işinin başındadır:
“Hazırda Hacıbala müəllim öz otağındadır. Səhhəti də yaxşıdır”.
Qeyd edək ki, ötən gecə Bakı meri Hacıbala Abutalıbovu ağır vəziyyətdə Almaniyaya aparılması barədə şayiə yayılıb.