![Xəstə anasını döyə-döyə qətlə yetirən oğul Xəstə anasını döyə-döyə qətlə yetirən oğul](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739187952_0001.jpg)
Bakıda xəstə anasını amasızcasına qətlə yetirən oğul həbsdə ölüb.
Bu barədə Lent.az-a danışan qohumları bildiriblər ki, İqor Avşarov bir neçə gün əvvəl Bakı həbsxanasında dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
İqor Avşarov anasını neçənci ildə və hansı şəraitdə öldürüb?
Hadisə 2016-cı ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 78 yaşlı Lidiya Avşarovun üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti mənzilində tapılıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub.
İqor Avşarov xəstə yatağında olan anasını döyə-döyə öldürüb
Müəyyən edilib ki, xeyli vaxtdır, yataq xəstəsi olan Lidiya Avşarov oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş.
Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.
Məhkəmə İqor Avşarova neçə il iş kəsib?
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.