![Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739204787__123292723_whatsappimage2022-02-17at15.53.32.jpg.jpeg)
Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi tezliklə açılacaq.
APA xəbər verir ki, bu barədə “News.am” xəbər portalına diplomatik mənbə məlumat verib.
Məlumata görə, keçid məntəqəsinin açılışı martın 1-də olacağı gözlənilir.
Nəzarət-buraxılış məntəqəsinin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunması planlaşdırılır.