Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                 

Dərdlərini deməyə belə qorxurlar... - ŞOK İDDİA
Tarix: 10-06-2019, 09:20 | Çap et
Dərdlərini deməyə belə qorxurlar...
Babək rayonunun Cəhri kəndində içməli suya mikrob bulaşıb. Yoluxma nəticəsində artıq bir neçə nəfər dünyasını dəyişib.
“Hürriyyət” qəzetinə məlumat verən mənbənin bildirdiyinə görə, mənşəyi bilinməyən mikroba əsasən uşaqlar yoluxublar.
Mikroba yoluxan bəzi uşaqlar müalicə almaq üçün Bakıya göndərilib. Həmin uşaqlardan birini xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən uşağın qardaşının vəziyyəti də xeyli ağırdır.
Əldə etdiyimiz bu məlumatı araşdırmaq üçün bir çox klinikalarla əlaqə saxladıq. Araşdırmamız nəticəsində həqiqətən də Cəhri sakini olan bir uşağın zəhərlənmədən öldüyünü müəyyənləşdirə bildik. Uşağın kimliyi də tərəfimizdən dəqiqləşdirildi. Leyla Əkbərova adlı qızcığazın Mərkəzi Neftçilər Xəstəxanasının labaratoriyasında qan analizi verdiyi ortaya çıxdı. Bununla bağlı əldə etdiyimiz sənədi yayımlayırıq.

Təəssüf edirik ki, uşaqları zəhərlənən ailənin başçısının hadisə ilə bağlı fikirlərini öyrənmək cəhdimiz heç bir nəticə vermədi. Bir övladını itirən, digər övladı isə həyati təhlükə ilə üz-üzə qalan ailə başçısı Naxçıvandakı rejimin qorxusundan susmağı məsləhət bildi.
Adlarının açıqlanmasını istəməyən Cəhri sakinlərinin əməkdaşımızla söhbətlərində bildirdiklərinə görə, kəndlərindəki su problemi yeni deyil: “Uzun illərdir ki, kəndimiz içməli su problemi ilə üz-üzədir. Kəndimizə su Məşədi Abbas çeşməsi adlanan bulaqdan gəlir. Çar Rusiyası dövründə kəndin xeyriyyəçi zəngini Məşədi Abbas tərəfindən çəkilən bu kəhriz hazırda digər kəndlərin kanalizasiya suları ilə çirklənir. Dəfələrlə Naxçıvan MR rəhbərliyinə edilən şikayətə isə cavab verən tapılmır”.
Sakinlərin iddiasına görə, Məşədi Abbas çeşməsindən axıb gələn suyun doldurulduğu hovuzlarda anti-sanitariya halları baş alıb gedir: “Məşədi Abbas çeşməsinin qidalandığı Cəhri çayının digər kəndlərin çirkab suları ilə kirlənməsi azmış kimi, həmin suların toplandığı hovuzların ətrafı sahibsiz itlərlə doludur. Bəzən sakinlər bu hovuzların içərisindəki it, pişik və digər heyvanların ölmüş cəsətlərini çıxarırlar. Əlaqədar qurumlar isə problemlə maraqlanmaq istəmirlər.
Qeyd edək ki, Cəhri kənd sakinlərini narahat edən bu problem MR rəhbərliyinə də əyandır. 2017-ci ildə eyni məsələ ilə bağlı apardığımız araşdırma zamanı rəsmi şəxslərdən biri faktı etiraf edərək demişdi: “Babək rayonunun Payız və Cəhri kəndlərindən keçən Cəhri çayına hər iki kəndin çirkab suları axıdılır. Məşədi Abbas və Çimən kəhrizləri isə həmin çayaltı yatağa vurulmuş kəhrizlər olduğuna görə, onlarda çirklənmələr gedir”.
Suların təmizliyinə cavabdeh olan AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar Hidrogeologiya və mineral sular labaratoriyası isə öz vəzifə borcunu yerinə yetirmək əvəzinə, faktı müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışır. İki il əvvəl gündəmə gətirdiyimiz problemlə əlaqədar yaydığı rəsmi açıqlamada Muxtar Respublikanın içməli su qaynaqlarından vaxtaşırı analizlərin alındığını bildirən labaratoriya Məşədi Abbas çeşməsinin nəinki çirklənmədiyini, əksinə müalicəvi süfrə suyuna malik olduğunu bəyan etmişdi. Kənd sakinləri isə istifadə etdikləri musluqlardan hər hansı nümunə alındığını görmədiklərini deyir və əlaqədar qurumlara ən elementar vəzifə borclarını xatırladırlar:
“Məşədi Abbas bulağının gözündən yox, evlərə paylanan hissəsindən su nümunələri götürmək lazımdır”.

Xatırladaq ki, Cəhri Naxçıvan Muxtar Respublikasının ən böyük kəndlərindəndir. 15 mindən artıq insanın məskunlaşdığı bu kəndin sakinləri arasından mövcud hakimiyyətin ən yüksək pillələrində yer alan iri məmurlar var. Muxtar Respublikadan Azərbaycan Respublikası Milli Məclisinə seçilən 7 deputatdan 2-si Cəhridəndir: Siyavuş Novruzov və Eldar İbrahimov. Ən acınacaqlısı isə budur ki, həmin deputatlar öz həmkarları Qüdrət Həsənquliyevin Naxçıvan kəndləri ilə bağlı qaldırdığı məsələni süngüylə qarşılamış və Muxtar Respublikada hər şeyin güllük-gülüstanlıq olduğunu bildirmişdilər. Onların doğma kəndlərində isə öldürücü bakteriyaların bulaşdığı sular öz ənənəvi təyinatından uzaqlaşaraq, Cəhri sakinləri üçün əsl ölüm mənbəyinə çevrilib.
Əldə etdiyimiz digər bir məlumat isə xeyli ciddi suallara yol açır. Bildirildiyinə görə, əslən bu kənddən olan Qurban Məmmədov Cəhridə yeni artezan quyusu qazdırmaq təşəbbüsü ilə çıxış edib. Prinsipcə, həmin artezan quyusu üçün o qədər də böyük vəsait tələb olunmurmuş – 20 min manat. Kənd zəngin sakinləri bu təşəbbüsə qoşulmadıqlarından Q. Məmmədovun özü tələb edilən vəsaiti şəxsən boyununa götürüb və bu məqsədlə Muxtar Respublikanın Ali Məclisinin sədrinin müavinlərindən Mirhəşim Seyidovla görüşüb. Naxçıvanın ali rəhbərliyini bu xeyirxah təşəbbüsə razı salmaq üçün öz vəsaitilə ərsəyə gətirəcəyi kəhrizə hətta Vasif Talıbovun adını vermək istədiyini bildirib. Aldığı cavaba isə xeyli təəccüblənib: Sədr icazə vermədi. Beləcə, ya cənab sədrin özü, ya da onun komandası Vasif Talıbov adının Cəhri camaatının yaddaşında Məşədi Abbasla birgə əbədiləşməsini istəməyib.
Nəticədə Cəhri kəndi bu günkü ağır vəziyyətlə üz-üzə qalıb. Aldığımız son məlumata görə, Cəhridən daha bir neçə ailənin uşaqları müalicə üçün Bakıya göndərilib. Bakı ilə yanaşı, Türkiyə və İran xəstəxanalarına üz tutanlar da var.
Cəhrinin su problemlərinin yay aylarına təsadüf etməsi də ciddi problemlərə səbəb olub. Bir tərəfdən Naxçıvanın ilan mələdən istisi, digər tərəfdən isə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi daha artıq su sərfiyyatı tələbatı yaradır. Ən önəmlisi isə, xüsusilə bu aylarda dünyanın müxtəlif yerlərinə səpələnmiş cəhrililər yay tətili üçün öz doğma yurd-yuvalarına qayıdırlar. Kənddə öldürücü su probleminin ortaya çıxması yurd-yuvasına təşrif buyuran cəhrililərin dərhal oranı tərk etmələrinə səbəb olur.
\\“Hürriyyət”\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru