“Kupça”laşmanı “dalana” dirəyən komitə - Prezident qərar versə də...
Tarix: 5-07-2019, 10:29 | Çap et
Sənədsiz evlər probleminin həlli ilə bağlı çoxdan gözlənilən bir sıra addımlar atılıb.
Prezident İlham Əliyev çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı fərman verib. Fərmana əsasən, gələn il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.
Hündürmərtəbəli binalarla yanaşı, paytaxt ərazisində kifayət qədər sənədsiz həyət evləri də var ki, onların da sənədləşdirilməsi üçün müvafiq tapşırıq və sərəncamlar verilib. Son hesablamalara görə, Bakıda sənədsiz tikililərin sayı 500 mindən çoxdur. Paytaxt üçün ciddi sosial problemə çevrilmiş sənədsiz tikililər probleminin həlli üçün verilən tapşırıqlar isə hələ də tam şəkildə icra olunmayıb. Baxmayaraq ki, bu qəbildən olan sərəncam və fərmanlar 2010-cu ildən etibarən mütəmadi olaraq verilir. Ancaq görünən odur ki, aidiyyatı qurumlar sərəncamın verilməsinə zərurət yaradan amilləri aradan qaldırmadığı üçün sözügedən problem bu gün də öz aktuallığını qoruyur. Hətta son sərəncamın da icrası yubadılır. Bu işə məsul olan qurumlar Dövlət Şəhərsalma və Arxitektura, Əmlak Məsələləri Dövlət komitələridir.
Məlumat üçün bildirək ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu prosesin yekun mərhələsində vətəndaşlara çıxarışlar təqdim edən qurumdur. Belə ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İB Fərmanın icrası ilə əlaqədar birgə fəaliyyət göstərir. Bu fəaliyətin sonucu olaraq toplanan sənədlər “kupça” alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Ancaq prosesin ləng getməsi bir sıra qaranlıq məqamların olduğundan xəbər verir. İddia olunur ki, prosesini ləng getməsinə səbəb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyidir. Bu günə qədər Bakıda 500-dən çox mənzilə “kupça” verilib. Nəzərə alsaq ki, fərman 2020-ci ilin yanvarının 1-nə qədər qüvvədədir, bu, o deməkdir ki, qərarının icrası 6 ay müddətində tamamlanmalı, bu müddətdə sərəncamın şamil olunduğu 50 min mənzilə “kupça” verilməlidir. Bu günə qədər görülən işə və sənədləşdirilən mənzillərin sayına istinad etsək, sərəncamın zamanında icra olunacağı mümkünsüz görünür. Sərəncamdan sonra 5 ay müddətində 500 mənzil sənədləşdirilibsə, yerdə qalan 6 aya 49 min 500 mənzilə sənəd verilməsi mümkün görünmür.
Əmlak Məsələləri Dövlət Komitəsinin bu məsələyə mövqeyini açıqlayan mətbuat katibi Qulu Xəlilov “Bizim qurum sənədləşmə məsələsində son instansiyadır. Əmlak Məsələləri Dövlət Komitəsinə qədər bir çox instansiyalar var ki, onlar bütün məlumatları bizə təqdim etməlidirlər. Bir sözlə, Əmlak Məsələləri Dövlət Komitəsinə binaların istismara icazələrilə bağlı məlumatlar daxil olduqca, vətəndaşlara çıxarışlar verilir. Hazırda da bununla bağlı müraciətlər davam edir”, - deyib.
Ekspertlər hesab edir ki, binaların istismara verilməsini prosedurunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi uzadır. Çünki prosesin ləngiməsinin vətəndaşlardan qaynaqlandığını iddia etmək absurd səslənir. Çünki ilk növbədə hər bir vətəndaş sahib olduğu mülkün sənədləşdirlməsində maraqlıdır. Digər tərəfdən isə bu məsələdə vətəndaşların üzərinə düşən vəzifə yalnız müraciət etmək və rüsum ödəməkdən ibarətdir. Məlumat üçün bildirək ki, yeni inşa edilmiş binalarda mənzil sahibləri ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə (DƏDRX) və ərazi şöbələrinə, eləcə də komitənin yeni yaradılan Əmlak Xidmətləri Məkanına müraciət edərək əmlak çıxarışlarını ala bilərlər. Bununla yanaşı yeni inşa edilmiş hündür binalarının mənzillərinin dövlət reyestrindən çıxarışlarının alınıb-alınmaması ilə bağlı elektron xidmət də var. Vətəndaş bu xidmətdən istifadə edərək hər hansı binada mənzilə çıxarışın verilib-verilməyəcəyini əvvəlcədən öyrənə bilir.
Çıxarışın alınması üçün xərclər digər mənzillərdə olduğu kimidir. Bakı şəhərində yeni tikililərdəki mənzillərə ilkin qeydiyyat zamanı çıxarışların alınması üçün xərc 50 manat təşkil edir. Bunun 20 manatı xidmət haqqı, 30 manatı isə dövlət rüsumudur. Digər şəhər və rayonlarda ödəniş məbləğləri əmsallardan asılı olaraq dəyişir. O cümlədən, texniki pasportun tərtib edilməsi üçün ödənişlər həm də mənzilin sahəsindən asılıdır. Göründüyü kimi, qaydalar sadələşdirilib, ancaq işin icrası ləngiliyir. Ləngimənin sənədləri qəbul edib, hazırlayıb, müvafiq rəy verməklə sonuncu instansiyaya, yəni ƏMDK-nə verəcək qurum olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlandığını söyləmək olar. Məlumdur ki, binaların əksəriyyətində yaşayış var, işıq, qaz, su ilə təmin olunub.
Əgər binalarda problem varsa, zamanında niyə kütləvi məskunlaşmaya icazə verilib? Əgər yoxdursa, niyə sənədləşmə prosesi gecikdirilir?
Komitə rəhbəri Samir Nuriyev sözügedən məsələyə bu cür aydınlıq gətirib:
"Prezidentin fərmanına uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 59 layihəni təsdiq edib. Bu isə 11 mindən artıq ailənin mənzil ilə təmin etmək deməkdir. Yəni 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir".
S.Nuriyev problemlərin iş adamlarından qaynaqladığını bildirib:
"Amma onu da qeyd edim ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.
Komitə rəhbərinin bu sözlərinə inanmaq olardı, əgər ortada başqa təcrübə olmasaydı. Məsələn, jurnalistlərə dövlət tərəfindən mənzillərin verildiyi binada hansı iş adamı problem yaradır? Niyə ikinci binada yaşayanlara hələ də “kupça” verilmir? Həmin binada bütün infrastruktur işləri görülüb və yaşayış üçün icazə verilib, məskunlaşma yüksək səviyyədədir. Yəqin ki, Samir Nuriyev bu suallara da cavab verər və jurnalistlərin binasına niyə sənəd verilmədiyinin səbəblərini açıqlayaraq, problemin nədən qaynaqlandığını da araşdırar. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|