Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                 

Yeni nazir Fərhad Hacıyev olacaq? – O, bütün resurslarını səfərbər edib
Tarix: 1-09-2021, 08:40 | Çap et
Yeni nazir Fərhad Hacıyev olacaq?
Bu ilin aprel ayının 30-da vəfat edən Azad Rəhimov öz sələfi Əbülfəs Qarayevdən xeyli yüksəkdə dayanan şəxsiyyət idi.
Ölkənin gənclər və idman sahəsini 12 illik ətalətə, süstlüyə məhkum edən Ə.Qarayevdən fərqli olaraq, A.Rəhimov gənclərə milli maraqların əsas ölçü meyarlarından biri kimi yanaşırdı. A.Rəhimov sələfini üstələmişdi və o, yeganə məmurlardan idi ki, özündən əvvəlkilərə “rəhmət” oxutdurmurdu.

Bundan sonra Gənclər və idman naziri vəzifəsinə təyin olunacaq şəxs Ə.Qarayev qədər “tormozçu” olmamalı, ən azı A.Rəhimov qədər yenilikçi və intibahçı ruha, xarakterə malik olmalıdır.

Ağıla gələn ilk sual isə budur: belə bir kadr varmı? Əlbəttə, var! Amma bu kadr kimlərinsə yan-yörəsində axtarılmamalı, vəzifələrə təyinatlar şəxsi münasibətlərə söykənməməlidir. Dövlət öz lupasını əlinə almalıdır.

Bu məsələdə də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi mühüm tezislər əsas götürülməlidir. Təkcə gənclər və idman sahəsi deyil, ümumən ölkədəki proseslər təhlil olunmalı və bu posta layiqli namizədlər Dövlət başçısına təqdim olunmalıdır. Unutmayaq, bizi növbəti illərdə məsuliyyətli və ağır mərhələlər gözləyir.

Bəs Gənclər və İdman naziri postuna təyin olunacaq namizədlər arasında kimlərin adı çəkilir?

Cari ilin may ayında, yəni A.Rəhimovun vəfatından bir neçə gün sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun yaxınları onun nazir olacağı ilə bağlı informasiyaları dövriyyəyə buraxmışdı. May ayının 12-də Saytlarda “Elxan Məmmədov Gənclər və İdman naziri vəzifəsinə gətirilir… – Bu, Azərbaycana nə vəd edir?” sərlövhəli məqalə də dərc olunmuşdu.

Lakin bu prosesin də üstündən dörd aylıq bir müddət keçib. İndi nə baş verir? Gənclər və idman naziri postuna təyin olunmaq üçün daha kim bütün imkan və resurslarını səfərbər edib? Bu vəzifəyə təyin olunacağı ilə bağlı hansı məmurun alternativsizliyi məqsədli şəkildə önə çəkilir? Bəzi rəsmi koridorlarda bu şəxslə bağlı təkidli mövqenin səbəbi nədir?

Azsiyaset.com-a daxil olan məlumata görə, Gənclər və İdman naziri vəzifəsinə təyin olunmaq üçün bütün imkanlarını səfərbər edən şəxslərdən biri Fərhad Hacıyevdir. Yeni nazir olacağı ilə bağlı alternativsizliyi önə çəkilən, dosyesi ictimai müzakirələrə daşınan və bəzi rəsmi koridorlarda ciddi-cəhdlə dəstəklənən Fərhad Hacıyev hazırda Gənclər və İdman nazirinin müavini postunu tutur.

Məqalənin əvvəlinə qayıdaq. F.Hacıyev özünü A.Rəhimov qədər intibahçı, yenilikçi, çevik hesab edirmi? O, bu və ya digər keyfiyyətlərə görə, öz sələfini üstələyən A.Rəhimovu ötmək potensialını özündə hiss edirmi? Axı daha da irəliyə getməliyik. Onsuz da A.Rəhimova rəhmət düşür, sağlığında dövlətdən və xalqdan təşəkkür də almışdı. O zaman F.Hacıyevi nazir təyin edib mərhum nazirimizə yenidən rəhmət oxutdurmağa nə ehtiyac var!?

Fərhad Hacıyev kimdir?

Öncə bundan başlayaq və qırmızı şriftlə qeyd edirik: Gənclər və İdman sahəsindəki könüllüləri bir hərəkata çevirən elə A.Rəhimovun özü olub. Bunu niyə qeyd edirik? Məsələ bundadır ki, F.Hacıyev özünü hər yerdə könüllülər hərəkatının əsas favoriti, hərəkətverici qüvvəsi kimi təqdim edir. Düzdür, vaxtilə könüllüləri formalaşdırmaq F.Hacvıyevə tapşırılmışdı. Ancaq o, bu işin öhdəsindən gələ bilmədi, bu sahədə də bir çox istiqamətlər nəticəsiz qaldı.

Mətləbə keçək! Azərbaycan Universitetinin məzunu olan 41 yaşlı F.Hacıyev 2001-ci ildə Gənclər və İdman Nazirliyində sektor müdiri vəzifəsinə təyin olunmuşdu. Əbülfəs Qarayevin əmri ilə! 2002-ci ildə isə Ə.Qarayev onu nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edir. Maraqlıdır, cəmi 21-22 yaşında! Bundan sonra da xeyli mühüm postlarda oturan, məmur potensialı artan F.Hacıyev özünü Harvard Universitetinə atır və orada yüksək rütbəli məmurlar üçün kurs keçir. Yəni, səhv salmayaq, o Harvard məzunu deyil, digərləri kimi pulunu ödəyib kurs keçib. Və imkanı olan istənilən şəxs üçün bu əlçatandır.

Çox təəssüf ki, “xaricdə təhsil alıb” adı altında xeyli sayda adamlar layiq olmadığı postlara təyinat alıb. Və daha sonrakı hadisələr bu təyinatların uğursuz olduğunu isbatlayıb. Ölkəyə milli kadrlar lazımdır! Ömrü boyu yağ-bal içində böyüyən imkanlı ailələrin övladlarını Avropada oxumağa göndərib, daha sonra onları vəzifəyə təyin etməyin anlamı varmı? Bəs Azərbaycandakı bu qədər ali məktəblər kimə və nəyə lazımdır? Əgər xarici dil bilməkdən söhbət gedirsə, burada təhsil alanlar xarici dilləri də onlardan daha yaxşı mənimsəmiş durumdadırlar. Yox, əgər söhbət “Qərb təcrübəsi”ndən gedirsə, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, dövlətdən milyardlarla pul oğurlayan Cahangir Hacıyevi yada salın. O, ABŞ-ın Texas Universitetini bitirmişdi. Onun əməlləri “Qərb təcrübəsi”nin nəticəsi idi? ABŞ-da, Avropada təhsil alan nə qədər rüşvətxor, korrupsioner və yarıtmaz məmurlarımız var. Onların sayı azdırmı? Xeyr! N qədər…

HAŞİYƏ: Tənqidə dözümlü olmaq F.Hacıyevin növbəti keyfiyyətinə işıq salmış olacaq. Məsələn, A.Rəhimov istənilən “ağır artilleriyalı” media tənqidinə dözümlü idi. O, eşidirdi, oxuyurdu, təhlil edirdi, nəticə çıxarırdı. Zira, bir həqiqəti də F.Hacıyevin diqqətinə çatdıraq: o, gəncdir, ola bilsin ki, böyük potensialı da var. Amma əmin olsun ki, bu məqaləni yazmaqda məqsəd onu məqsədli şəkildə hədəfə almaq deyil.

Məsələn, F.Hacıyevin vaxtilə rərbərlik etdiyi Gənclər Fondunun fəaliyyəti də bütün detallarına qədər yadımızdadır. 2011-2018-ci illərdən söhbət gedir. Həqiqətənmi, Gənclər Fondunun indiki fəaliyyətində bir dəyişiklik yoxdur? Var! Daha əlçatan və haqlı yaranmış qaranlıq suallardan uzaq deyilmi? Bunu F.Hacıyevin özü də bilir, dərk edir. Bu, ayrıca mövzudur və buna qayıtmaq da olar.

İki dəfə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, iki dəfə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən F.Hacıyevi hazırda tutduğu post – nazir müavini vəzifəsi niyə qane etmir?

İntiqam Babayev 21 ildir Gənclər və İdman nazirinin müavinidir. Vəzifədə o qədər “daşlaşıb” ki, daha adını da çəkən yoxdur. Yaxud da nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyevanın… Özü də 63 yaşlı!

A.Rəhimovun vəfatı həm də bir test idi, xalq uzun illərdən sonra ilk dəfə idi ki, hansısa məmurun ölümünə təəssüflənirdi. Siyasi baxışlarından asılı olmayaraq hər kəs… Yeni nazir A.Rəhimovun kölgəsi qədər önəmli olmayacaqsa, o zaman… O, bu posta bir ağırlıq və sanbal gətirdi. Azad müəllim bəlkə də çox yaşaya bilərdi, amma uzun bir ömrünün hər saniyəsini Azərbaycan idmanına sərf edərək 56 yaşında dünyasını dəyişdi.

Qərarı biz yox, yuxarıdakılar verir. İndi siz deyin: F.Hacıyev A.Rəhimovun xələfi olmağa layqidirmi? Kadr tapın, cənablar, kadr!
//Azsiyaset.com//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru