![Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1738826220_0001.jpg)
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Paşa Travel” MMC (VÖEN-1405688721) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Paşa Travel” MMC fevral ayının 4-də H. Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan yubiley gecəsini təşkil edib və qarşılığında 195 min 996 manat 30 qəpik alıb.
Qeyd edək ki, 17 yanvar 2003-cü il tarixində dövlət qeydiyyatına alınan “Paşa Travel” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr., ev 151-də yerləşir. Qanuni təmsilçisi Əsgərov Bəhruz Fikrət oğlu olan MMC-nin nizamnamə kapitalı 250 min 50 manat təşkil edir.