TƏBİB-in rəhbər sarıdan bəxti heç gətirmədi... - YARITMAZLIQ...
Tarix: 28-10-2021, 08:43 | Çap et
![TƏBİB-in rəhbər sarıdan bəxti heç gətirmədi... TƏBİB-in rəhbər sarıdan bəxti heç gətirmədi...](/uploads/posts/2021-10/thumbs/1635396203_0001.jpg) Mövzuya ondan başlayaq ki, 1 ilə yaxındır ki, səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunub. Və onu Teymur Musayev əvəz edir. Bəli əvəz edir. Bəyənmədiyimiz sovet dövründə İ.O ( ispoln.obyaz) deyilən, yəni müvəqqəti əvəz edən, icra edən məsələsi var idi. İ.O-nun müddəti bir neçə ay ola bilərdi. Cənablar, Allah qoymasa, 1 il İ.O olar ? Özü də NAZİR ee... Məlumdur ki, ölkəmizdə Səhiyyə Nazirliyindən sonra bu sferada 2-ci ən mühüm qurum “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, yəni TƏBİB-dir. Bildiyimiz kimi bu qurumun sədri Ramin Bayramlı da xeyli müddətdir vəzifəsindən istefa verib və onu da xeyli vaxtdır yenə Allah qoymasa, Vüqar Qurbanov müvəqqəti əvəz edir, yəni o da İ.O-dur. Cənablar, başa düşürsünüzmü, dünyada və ölkəmizdə dəhşətli pandemiya tüğyan edir. Bu vəziyyətdə ölkə səhiyyəsinə cavabdeh olan 2 mühüm vəzifənin ikisi də xeyli müddətdir İ.O-dur. Anladınızmı ? İkincisi, TƏBİB-in yeni müvəqqəti sədri Vüqar Qurbanov hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur. Bu bir əldə iki qarpız tutmaqdır. Bu adam iki mühüm vəzifənin öhdəsindən necə gəlir ? Görəsən bu ölkədə 4-5 nəfər savadlı, təcrübəli, ləyaqətli tibb mütəxəssisi yoxdur ki, bir adam bir əlində 5 qarpız-vəzifə tutur ? Əslində açıq deməliyik ki, bu millətin başında dəlləklik öyrənməkdir. Millət sizin üçün “ eksperiment dovşanı” deyil e...üstündə təcrübə keçəsiniz... Daha bir mühüm məsələyə toxunaq. Bu yaxınlarda ölkənin savadlı, təcrübəli həkimindən soruşmuşdular ki, sizə səhiyyə naziri vəzifəsi təklif olunsa, razı olardınızmı ? Cavab doğrudan da heyrətamiz idi: Əlbəttə, qəbul edərəm, amma şərtim olacaq, rüşvət almayacam, heç kimə rüşvət verməyəcəm, heç kimi eşitməyəcəm, dost-tanışı vəzifələrə doldurmayacam, razıdılarsa, nazir olaram... Çox ağrılı və ibrətamiz cavabdır. Bəli, bütün problemlər bu qısa cavabda gizlənib, başqa söhbət ola bilməz. Bir məsələni ötən yazımızda qeyd etdiyimiz üçün təkrarçılığa varmaq istəmirik. Amma qısaca qeyd edək ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nəyə lazımdır, TƏBİB varsa, Səhiyyə Mərkəzini nə üçün yaradırlar ? Belə paralel qurumlar həm dövlətin cibinə ziyandır, həm də millət ortada çaş-baş qalır. Bəli, vətəndaşlar bir-birinə bənzəyən qurumlar arasında günlərlə, bəzən aylarla vaxt itirməli olurlar. Sözün qısası, paralel qurumların olmasının dövlət və cəmiyyət üçün heç bir faydası yoxdur, əksinə problem mənbəyidir. Bu mövzuda yazdığımız üçün mövzunu uzatmırıq. İndi görək, TƏBİB-in müvəqqəti sədri Vüqar Qurbanov nə işlərlə məşğuldur ? Onun qaranlıq işlərini qoyuruq bir kənara və rəsmi xəbərlərə istinad edirik. Hər gün mətbuatda Vüqar Qurbanovun əmrləri ilə tanış oluruq: Onu vəzifəsindən çıxardır, bunu qoyur, bunu azad edir, o birisini vəzifəyə təyin edir və s. Hamısı da Allah qoymasa, baş həkim, direktor, təsərrüfat məsələləri üzrə direktor müavini və s. Çıxardıb-qoymaqla nəsə dəyişirmi, cənablar ? Əlbəttə, yox. Əgər dəyişsəydi, Əlini çıxardıb Oqtayı qoyanda dəyişərdi də... TƏBİB-in İ.O sədri yuxarıda qeyd etdiyimiz kimi hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur. Bu adam deyir ki, “ 900 mindən çox vətəndaş icbari tibbi sığorta xidmətlərindən istifadə edib”, yəni guya 900 min insan az vaxtda pulsuz müalicə olunub, ağır cərrahi əməliyyatlardan çıxıb. İnanan daşa dönsün, Vüqar Qurbanov. Camaat pulsuz 1 tabletka qarınağrısı dərmanı ala bilmir, bu da pulsuz bahalı əməliyyatlardan, 900 min insandan danışır... Ayıbdır e, insan nə qədər yalan danışar. Vüqar Qurbanov deyir ki, “İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsi yüksək inkişaf mərhələsinə qədəm qoydu”. Ay adam, sən hansı inkişafdan danışırsan ? Şair demişkən, kimi aldadırsan, ay zalım oğlu ? “Revizor” Nurməmməd Yarıyevi Tibbi Mərkəzə direktor qoymaq inkişafdır, Vüqar Qurbanov ? Vüqar Qurbanov, bəlkə inkişaf deyəndə bu yaxınlarda tabeçiliyində olan qurumlara göndərdiyin müraciəti deyirsən ? Əlimizdə olan sənəd də sübut edir ki, TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanovun adından tabeliyində olan tibbi müəssisələrinə göndərilən rəsmi məktubda qeyd olunur ki: “İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən”, “İdarə Heyətinin sədr əvəzi” və s kimi qeyd olunaraq göndərilən məktublar tərəfimizdən qəbul olunmayacaq. Vüqar Qurbanov, bu müraciətiniz, səhiyyəmizin rüsvayçı durumunun bariz nümunəsidir. Qalanı detallardır... //gundelik-baku.com//
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
|