Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                 

"Bu yerdə heç it də yaşamaz" - Məmurların vətəndaşlara rəva bildiyi YAŞAYIŞ
Tarix: 30-10-2021, 09:42 | Çap et
"Bu yerdə heç it də yaşamaz"
Bəzən pis gündə yaşayışı itlərlə müqayisə edirik. Pis evə “it damı”, pis evdə yaşayana “it də burada yaşamaz” deyirik.

Əslində söhbət açacağım yerə, evə, yaşayışa məmurlar da “itli” müqayisə aparıblar. Söhbətin tən ortasından başlayaq. Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi Göz xəstəxanası kimi tikilib, daha sonra yarımçıq qalan, qaçqın və məcburi köçkünlərin yaşadığı yerdə söhbət açacağıq. Daha dəqiq ordakı bir ailədən, onların yaşayışından…

İki il öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sözü gedən və aşağıda sözü gedəcək ailənin yaşadığı yerə gəlib, baxışdan sonra belə bir ifadə işlədib: “Burada it də yaşamaz”. Məsələ ondadır ki, bu söhbətin üstündən iki il keçib və ailə hələ də orada yaşayıb. Ailə böyüklərindən biri Tağıyeva Sevda Heydər qızının dili ilə desək, “Biz itdən də betərik”.

İnsan hər yerə, hər şəraitə uyğunlaşan, adaptasiya olan bir varlıqdır. Qarabağda imarəti olub çadırda yaşayanları gördük, dəmir vaqonlarda məskunlaşanları gördük. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşayışı ilə bağlı nələri görmədik ki?!

Sözdə Göz xəstəxanası olan yerdəyik. Girişdə divarda bizi belə bir yazı qarşılayır – “QARABAĞ BİZİMDİR”.

Həmin küçə Bakının ən görməli yerlərindən biridir. Göz xəstəxanası ilə üzbəüz yeni bir park da salınır. Ətrafda çoxlu sayda hündürmərtəbəli binalar var. Həmin binalarla bu binanı sonradan çəkilən bir hasar ayırır.

Bəzi müqayisəli fotolar olur: ağ-qara, gözəl – çirkin. Bax burada elədir. Divarın solu təmiz, səliqəli, bahalı maşınlar, deyib-gülən uşaqlar, çilçıraq. Sağı isə üfunət, çirkab, mənən qocalmış uşaqlar, ağcaqanad, milçək, siçovul, daşan kanalizasiya. Qısası təsəvvürünüzdə nə qədər pis şeylər varsa hamısı…

Divarın üzərindən baxıram, bir addımla həyat, yaşayış necə dəyişərmiş… Görürəm, hiss edirəm…

Tağıyevlər ailəsi 2004-2005-ci ildən burda yaşayırlar. Yaşayış yerləri 3 kiçik otaqdan ibarətdir. Otaqlar türməni xatırladır. Əslində türmə də belə deyil. Çünki türmələrin ən azı havalandırması olur, kiçik olsa da dəmir barmaqlıqlardan günəş içəri düşə bilir. Bu otaqların isə heç birinin havaya çıxışı yoxdur. Otaqların yalnız kanalizasiya trubalarına çıxışı var. Otaqlar tikiləndən bu günə qədər bir dəfə də hava görməyib. Günəş işığına həsrətdir. Otaqlardan gələn iyi bir anlıq düşünün. İnsan hara düşdüyünü anlaya bilmir. Burada insan necə yaşaya bilər deyə çoxlu sayda suallar verir. O an anladım ki, Rövşən Rzayev niyə, “Burada it də yaşamaz”, – deyib.

Tağıyev Ramin Kərim oğlu orada yaşayan ailələrdən birinin başçısıdır. Raminin uşaqlığı, gəncliyi burada keçib. İndi də həmin bu otaqda uşaqları böyüyür. Təbii ki, uşaqlar hamısı xəstədir. Ramin Tağıyevin sözlərinə görə, həkimlər uşaqların xəstəliyinin havasızlıq və oksigensizlikdən qaynaqlandığını deyib. Üç balaca otaqda uşaqlı-böyüklü 12 nəfər yaşayır.

Ailə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün dəfələrlə “Qaçqınkom”a müraciət edib. Məsələ ondadır ki, hər dəfə onlar sözün əsl mənasında və qısası yola veriliblər.

İki il öncə Rövşən Rzayev ərazidə olanda ailəyə söz verib ki, onları nəzarətə götürüb və qısa zamanda yeni evlə təmin edəcəklər. O sözdən sonra bir neçə şəhərciyə qaçqın və məcburi köçkünlər yerləşdirilib, ancaq hələ söz söz olaraq qalır.

Ramin Tağıyev bildirir ki, uşaqları dərs oxuya bilmirlər:

“Otaqlar kiçikdir, ancaq yatmaq olur. Bundan əlavə səs-küy uşaqların oxuması mane olur. Uşaqların oxuya bilməməsini çox yaxşı anlayıram. İmkan da yoxdur ki, kirayə ev tutub çıxaq”.

Maddi gücü, işi olan biri düşünürəm ki, heç vaxt nə özü burada yaşamaz, nə də uşaqlarının burada yaşamasına razı olar.

Ailə Laçın rayonundan məcburi köçkün düşüb. Dağdan, təmiz havadan gəlib düşüb yarımtikili olan bir binanın zirzəmisinə.

Sevda Tağıyeva Laçın rayonundan çıxdıqları anı xatırlayır:

“Ermənilərin kəndə girməsinə az qalmışdı. Qaçdıq. Qaçan zaman yıxıldım, başım əzildi. Bura gələnə qədər bir neçə yer dəyişdik. Axırda gəlib çıxdıq bura. Bax bu gördüyün yerdən bir qız köçürüb, iki gəlin gətirmişəm. Nəvələrimin gününü görürsən, hamısı xəstədir. Hamısının da səbəbi bu havasızlıqdır. Laçında bulaq suyu içirdik, burada isə su gələndə sevinirik. Laçında dağ havası udurduq, burada evə hava girmir. Üç otaq var, üçü də pəncərəsiz. Hamımız burada xəstəlik tapdıq. Həkimə getmədən də bilirik ki, oksigen çatışmazlığı səbəbindən xəstəlik tapmışıq”.

Ailə daimi yaşamaq üçün ev deyil, müvəqqəti, Laçına qayıdacaqları günə qədər yaşamaq üçün ev istəyir. Ancaq “Qaçqınkom” ailəni nədənsə nəzərə almır.

Ailə böyükləri ilə otaqların önündə söhbət edərkən uşaqlardan biri böyrümdən dürtüb dedi, əmi o səsi eşitdin? Dedim, eşitdim. Bax o kanalizasiyanın səsidir. Bax, bax bura ilə gedir. Uşaq xəritədə qitələri, materikləri, dənizləri, boğazları, körfəzləri göstərən yaşında kanalizasiya xəritəsi çəkir…

Ailənin hətta dövlətə belə bir təklifi də var: İcazə versinlər gedək Laçına, borc-xərc edib modul tipli ev alıb, orada yaşayaq. Sevda Tağıyeva deyir ki, onsuz da burada yaşamırlar. Heç olmasa, Laçında qalan ömürlərini təmiz hava alar, gün işığ düşən evləri olar. İl olub 2021-ci il, Qarabağ işğaldan azad edilib, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhərciklər salınıb.

Azərbaycan insanının arzusuna baxın.

Binanın ətrafını gəzirəm. Bina 3 tərəfdən kanalizasiya suları ilə mühasirəyə alınıb. Ramin Tağıyev deyir ki, bu hələ suyun çəkilmiş vaxtıdır. Qışda bura gələ bilməzsiniz, çünki binanın bir tərəfi kanalizasiya gölü olur.

Ərazidən çıxdıqda yenə eyni divardakı eyni yazı ilə qarşılaşıram: QARABAĞ BİZİMDİR. Qarabağı almağa gücü çatan dövlət, məmurunun dili ilə desək, “it yaşamaz” yerdə vətəndaş yaşadır…













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru