USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                 

Lerikin dərdi dağlarından da HÜNDÜRDÜR... - ARAŞDIRMA
Tarix: 6-12-2022, 09:01 | Çap et
Lerikin dərdi dağlarından da HÜNDÜRDÜR...
Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları sırasında Lerikdəki “nümunələr” də az olmayacaq.

Saxtakırlıqların qısa xülasəsi

1,8 milyonluq boru kəməri “çürümüş” metal kimi sökülüb, “silinib”, satılıb;
Sənədlə 2, faktiki 1 məktəb tikilib;
Ölkə başçısı gələndə yol kənarına 100-dək elektrik dirəyi basdırılıb, o gedən kimi çıxarılıb;
İstinad divarları, darvazalar “kağız” üzərində təmir olunub;
121 kilometr əvəzinə, 88 kilometr yola asfalt döşənib, o da bərbad;
Bələdiyyə torpaqları müxtəlif vətəndaşların adına sənədləşdirilib, sonra sosial evlər tikmək üçün dövlətə baha qiymətə satılıb.
Necə deyərlər, daha nələr, nələr ağlagəlməz saxtakarlıqlar lerikli fəal, partiya funksioneri Mais Hüseynlə söhbətdə.


Qeyd edək ki, bu günlərdə əslən lerikdən olan, “Yeni yol” partiyasının sədr müavini Mais Hüseyn redaksiyamızda olmuş, “cənubxəbər tv” yə müsahibə vermişdir. Onunla söhbətimiz əsasında hazırladığımız yazını sizə təqdim edirik:



1,8 milyonluq su boruları necə söküldü, necə satıldı?

Lerikin son illərdə, (təxminən bir neçə ay öncə) ən böyük “yaralarından” biri 25 il öncə, 1995-1996 cı illərdə Lerik xeyriyyəçilərinin, ziyalılarının, eləcə də bütün əhalinin yaxından dəstəyi ilə bu rayonun Zuvand ərazisində susuzluq problemini aradan qaldırmaq üçün Lerikin mərkəzindən həmin əraziyə çəkilmiş 15-18 km-lik dəmir boruların oğurlanmasıdır.

Xatırladaq ki, 150 – 400 mm ölçülük olan bu boruların 1 metrnin qiyməti (ölçüsündən asılı olaraq) 70 manatdan - 150 manat arasında dəyişir. Həmin su kəməri yerli sakinlərin vəsaiti ilə, minbir əziyyətlə çəkilmişdi. Bu kəmərin bir neçə kilometri lerikli Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovun təşəbbüsü və dəstəyi ilə icra olunmuşdur.
Su xətti 1995- 1996 ci illərdə çəkilmişdi. Amma su kəməri söküləndə dedilər ki, “Azərsu” ASC sökür. Hansi ki, “Azərsu” ASC bu kəmər çəkiləndən 9 il sonra yaranıb.

Bu məsələ böyük narazılğa səbəb oldu.

Bizə çatan məlumata görə, guya millət vəkili İqbal Məmmədov da bu işin qarşısını almağa maraqlı olub. Bu barədə ortada telefon danışığının səs yazısı var. Belə ki, məsələnin necəliyini deputat İqbal Məmmədov ictimai nəzararət işçiləri ilə telefon danışıqları zamanı izah edir. Həmin telefon danışığı zamanı İqbal Məmmədov bildirib ki, mənə də vaxtilə Relax istirahət mərkəzi üçün boru lazım idi və gedib Yardımlıdan dövlətə aid olan həmin boruları “oğurlayıb” gətirdik. Daha doğrusu, saxta yollarla, ucuz qiymətə həmin boruları əldə etdik.

İqbal Məmmədov bildirir ki, Lerikdən Zuvanda çəkilən su borusu də o qayda ilə, guya istismar müddəti bitmiş, yararsız material kimi metaloma verilmişdir. Əslində həmin ərazidən çıxarılan 18 min metr borunun, hər metri təqribən 100 manatdan yenidən şirkətlərə satılmışdır. İ. Məmmədovun özünün da belə əməlləri çox olduğu üçün dillənməyib.

Həmin boruların “çürümüş” adı ilə 5 kilometr hissəsinin metalloma verilməsi barədə məlumatlar var.

Belə məlumat da var ki, bu 1, 8 milyon manatlıq yeyinti barədə Lerik rayon İcra hakimiyyətinə və Rayon Polis Şöbəsinə də əvvəlcədən məktub göndərilmişdir. Məktubun göndərilməsini İcra Hakimiyətinin sabiq 1-ci müavini və həmin müddətdə İcra başçısı səlahiyyətlərini icra edən C. Baxşıyev və deputat İ.Məmmədovun əlimizdə olan telefon danışıqları da təsdiqləyir.

Borular aparılarkən vətəndaşlar etiraz etməsin deyə, bildiriblər ki, bu borular işğaldan azad olunmuş torpaqlarımıza aparılacaq.

Bu isə 1,8 milyon manat vəsaitin mənimsənilməsi deməkdir.

Daha sonra İqbal Məmmədov qeyd edib ki, mənim bu məsələyə müdaxilə etməyə gücüm çatmır. “Siz əhalini yığın, etiraza qalxın, mən polis rəisi ilə danışacağam”.

Burdan belə nəticəyə gəlmək olar ki, İqbal Məmmədov prosesin necə baş verdiyini bilir, amma deputat kimi səlahiyyəti olsa da, müdaxilə etmir. Guya, “oğurluğun” dayanmasını istəyir, amma özü belə işlərdə gözükölgəli olduğu üçün dillənmir.

Hörmətli İcra başçısı Əkbər Abbasovdan xahiş edirik ki, bu olayı ədalətlə araşdırılmasını təmin etsin.

Unutmayaq ki, Lerik kimi kasıb rayon üçün 1,8 milyon çox böyük məbləğdir.

Yol tikintisində ağlasığmaz fırıldaqlar

Son 30 ildə Lerikdə cəmi 88 kilometrlik yol necə 121 kilometr oldu? Yəni, yolun 33 kilometrlik çəkilməyən hissəsinin vəsaiti necə mənimsənildi?

Bu hələ azmış kimi bu 88 km-lik məsafənin neçə metrində asfalt olduğu da çox şübhəli suallar doğurur. Məsələn, 36 km-lik Lerik-Şingədilan-Xanagəh yolunun yarıdan çox hissəsində asfalt örtüyü yox səviyyəsindədir.

Lerik rayonunda kəndlərarası yolları 2200 km təşkil edir. Ən yaxşı halda bu yolun cəmi 4 faizi, 100 kilometrə qədəri asfaltlanıb.

Lənkərandan Lerik-Lənkəran yolu ilə çəkilən 37 km-lik qaz xəttində xəbərdaredici 37000 metrlik lent niyə çəkilməyib?!

Bu rəqəm sizə adi görünə bilər. Amma bu lentin hər metrini ən azı 1 manatdan hesablasaq, 40 min manata yaxın pul edir.

Prezident gələndə yol kənarına basdırılan, ölkə başçısı gedən kimi də sökülən 100-ə qədər elektrik dirəyinin “möcüzəsi”

Ölkə başçısı Lerikə gələndə yolun Piran kəndindən keçən hissəsində quraşdırılan işiq dirəkləri onun səfərindən sonra sökülüb və hara aparılıb? (Bu dirəklərin sayın təxminən 100 ədəddən artıq idi)

Hətta elektrik lampalarına da göz dikilib -qiyməti 25 dəfə şişirdilib

Lerikdə küçələrin işıqlandırılması üçün istifadə olunan lampaların qiymətlərini isə təxminən 25-30 dəfə şişirdib, sonra hesablayıblar. Bu da təxminən 3-4 manatlıq lampaların 50-70 manatdan hesablanması deməkdir.

Yayılan məlumata görə, 2007-ci ildən Rövşən Bağırov Lerikdən gedənə qədər heç bir dövlət idarəsinə təyinatlar ənamsız olmamışdır, hətta xadimə təyinatı üçün ən azı 1000-1500 manat rüşvət alındığı bildirilir.

Yaponlar tikən məktəbdirsə, bəs Azərbaycan höküməti tikən məktəb hanı? Ya da əksinə...

4-5 il öncə Lerik rayonunun mərkəzində Yapon səfirliyinin dəstəyi ilə 3 saylı yeni məktəb binası tikildİ. Daha sonra bu məqsəd üçün, yəni, həmin 3 saylı məktəbin tikintisi üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılıb və silinir.

Əgər həmin 3 saylı məktəbi Yapon höküməti tikibsə, bəs dövlət hesabına tikilən məktəb hardadır? Qısası, sənəddə 2 məktəb binası var, faktiki bir. Molla Nəsrəddin demişkən, “Ətdirsə , pişik hanı, pişikdirsə ət hanı?”

Həm də maraqlıdır ki, qısa müddət ərzində bu 3 saylı məktəbin təzə binası 2 dəfə əsaslı təmir olunub.

İstinad divarlarının “əfsanəsi”

Rayon ərazisində tikilən, uzunluğu 20 km-dən çox olan istinad divarlarının təqribən bir metr kvadratının faktiki qiyməti 80-100 manata başa gəldiyi halda, 10 qat artığına, 850 - 950 manata sənədləşdirilib.

Rayon mərkəzində yol kənarı evlərin darvazaları 2 il müddətində 2 dəfə niyə dəyişdirilib? Bu darvazaların sayı 200-dən artıqdır.

Bizə bir neçə mənbədən verilən məlumata görə, bu tikinti materilallar sabiq 1-ci müavin Cəlil Baxşıyevin “9 qardaş" adlanan istirahət mərkəzinin tikintisinə yönəldilib, müəyyən hissəsi isə onların qohumlarına satılıb.

Saxtakarlıqlar bələdiyyə torpaqlarından da yan keçməyib

Bələdiyyə torpağı ucuz qiymətə vətəndaşa, sonra isə guya baha qiymətə vətəndaşdan alınıb və bir neçə dəfə bahasına dövlətə satılır. Orta da 100 min manatlarla pul mənimsənilir.

Zuvand yolunun təmiri üçün nəzərdə tutulan qum - çınqıl almaq məqsədi ilə bələdiyyənin hesabına 300 min manat ayrılır, sonra da dərhal silinir.

(əslində bələdiyyənin sərəncamında hər-hansı qum-çınqıl zavodu yoxdur ki, bu işləri icra etsin)

Yer alıb ev tikir, sonra 5 qatına dövlətə satır

Cəlil Baxşiyevin məqsədli şəkildə özü üçün tikdirdiyi evlər sonradan şəhid ailələrinə və imkansız ailələrə verilməsi adı ilə ucuz alıb dövlətə bir neçə dəfə bahasına satılıb.

Lerikdəki məşhur 3-lük-millət vəkili İqbal Məmmədov, sabiq icra başçısı Rövşən Bağırov, sabiq 1-ci müavin Cəlil Baxşıyev Zuvand ərazisində ayrı- ayrı adamların adına 10 hektarlarla torpaq sənədləşdirib, sonra dədə-baba malı kimi əkib-becərtdirib, subsidiyalar alıb, ya da satıblar.

Xatırladaq ki, Miri Qənbərovun Lerikin deputatı olduğu vaxtda rayona çox cuzi miqdarda vəsait ayrılsa da, o pulun çox hissəsi Lerikə xərclənirdi. Amma İqbal Məmmədovun millət vəkili olduğu son 15 ildə rayona daha böyük vəsaitlər ayrılsa da, görülən işlər hiss olunmur.

Son əvəzi

Son parlament seçkisinə qədər qeyd etdiyimiz 3-lüklə mübarizə aparan bir neçə lerikli sonda ya məhkəmlərdə uduzdurulmuş, ya da 3-lük tərəfindən müxtəlif formada şərlənmişdir. Buna görə də Lerikdə çoxları bu 3-lüyün qorxusundan “lal olmağa” üstünlük vermişdir.

Qeyd etmək istəyirik ki, son parlament seçkilərində 2 dəfə deputatlığa namizəd olmuş Ramil Hüseynov və Təyyar Yəhyayev bu 3-lüyün çirkin və saxta əməllərini ifşa etmiş, ictimailəşdirərək diqqət mərkəzinə gətirmişdir. Lerik təkcə uca dağları və füsünkar təbiəti ilə deyil, bu yurdun bəzi dərdləri o dağlardan da “hündürdür”.

Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları Leriklərdəki nümunələr olacaq.

Söhbətin sonunda Mais müəllim xatırlatdı ki, əvvəllər leriklilər təkcə bu saxtakarlıqların dərdin çəkmidi, həm də saxtakarlıqlara heç yerdən əlac olmamasının dərdini çəkirdilər. 4 ay öncə Əkbər Abbasovun Lerik rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, onun böyük əzmkarlıqla belə saxtakarlıqlara, eləcə də belə saxtakarlıqların “memarlarına” qarşı mübarizəsindən sonra leriklilərin sabaha da, həyata da, dövlətə də inamı daha da artıb.

Yeri gəlmişkən onu da deyim ki, rayonda İmanovlar tayfasının yaxın vaxtlarda Lerikdə söz sahibi olacağı barədə yayılan məlumatlar həqiqəti tam əks etdirmir və onlar haqqında fikirlər birmənalı deyil.



Hazırladı: Zahir Əməniv. Cenub.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru