Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                     Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... .....                 

Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 09:11 | Çap et
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib ki, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Nazir müavini bildirib ki, İrəvan hökuməti il ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir: "Buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də, sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”. Həmçinin Ovannisyan qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var:

“Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan da sülhdən danışıb. Baş nazir 17 bənddən 15-inin razılaşdırıldığını deyib. Onun sözlərinə görə, razılaşdırılmamış iki məqamla bağlı İrəvan Bakıya həll yolları təklif edib: "Onlardan biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəd boyu yerləşdirilməməsinə aiddir. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik. Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik. Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürürük, Azərbaycan da öz iddialarını geri götürür, yəni biz bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyimizlə bağlı razılaşdırdıq". Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da deyib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin müxtəlif formatlarda sakit və müsbət atmosferdə davam etməsi Avropa Birliyi üçün çox vacibdir.

Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi vaxtaşırı olaraq bu tipli sülhvərpər açıqlamalar verir və yaxın gələcəkdə sülh sazişinin imzalanmasını öz aləmlərində yüksək qiymətləndirirlər. Professor vurğulayıb ki, bununla bərabər Ermənistan ordusunun silahlanmasını, Avropa İttifaqının "mülki missiyası"nın müddətinin daha 2 il uzadılmasını müşahidə edirik:

"Həmçinin, ABŞ hərbçilərinin Zəngəzur bölgəsində, Ermənistan-İran sərhədində yerləşdirildiyini görürük. Bunları nəzərə alsaq, prosesin heç də İrəvan hökumətinin iddia etdiyi kimi sülhə doğru getdiyini demək mümkünsüzdür. Ölkə başçısı İlham Əliyevin sülh sazişi ilə bağlı əsas tələblərindən biri Ermənistan Konstitusiyasında yer alan ərazi iddiasının aradan qaldırılmasıdır. Təəssüflər olsun ki, Ermənistan bunu həyata keçirmir. Bir sıra fundamental məsələlər Azərbaycanın maraqlarına uyğun şəkildə sülh sazişində tam əks olunmadığına görə, müqavilənin imzalanması uzanır. Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesində Almatı bəyannaməsini əsas götürməyə çalışır. Tərəflər arasında sərhəd məsələsi ilə bağlı razılaşmada belə nüans var ki, əgər danışıqlar prosesində başqa bir prinsip əsas götürüləcəksə, o zaman həmin prinsip tətbiq ediləcək. 1991-ci il Almatı bəyannaməsi Azərbaycanın maraqlarına tam şəkildə cavab vermir. Bunu nəzərə almaq lazımdır. Həmçinin, sual yaranır ki, Ermənistan Almatı bəyannaməsini qabardırsa, yəni bu, İrəvan üçün fundamental və etibarlı sənəddirsə, niyə 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayırdı?!".

S.Məmmədli bəyan edib ki, sülh sazişini imzalamaq üçün bütün narahatedici elementlərin hamısı öz həllini tapmalıdır ki, gələcəkdə hansısa mübahisələrə, diskussiyalara yer qalmasın:
"Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistan istənilən sənədi doğru şəkildə, sonadək icra etməkdən boyun qaçırır. Ona görə düşünürəm ki, tələsik formada sülh sazişinin imzalanması heç də bizim maraqlarımıza xidmət etmir. Ermənistan şübhə yox ki, bu şərtlərdən də boyun qaçıracaq. Çünki İrəvan hökuməti 10 noyabr üçtərəfli bəyannamənin bütün şərtlərini yerinə yetirməkdən imtina edir. Dünya praktikası da göstərir ki, konkret sülh sazişi olmadan da qonşu dövlətlər müəyyən sahələrdə əməkdaşlıq edirlər, əlaqələr saxlayırlar. Yekun və qalıcı sülh üçün fundamental məsələlər mütləq həllini tapmalıdır. Azərbaycan rəhbərliyi taktiki gedişdən istifadə edir ki, bu, tamamilə doğrudur. Azərbaycanın maraqları tam təmin olunanadək, Ermənistan qarşısında öz tələblərimizi qoymalı və addım-addım həllinə nail olmalıyıq. Beynəlxalq aləmə də çatdırmalıyıq ki, qarşımızda bu kimi məsələlər var və onlar çözülməlidir".

Siyasi şərhçi hesab edir ki, sülh sazişində Qərbi azərbaycanlıların öz doğma yurdlarına geri dönüş məsələsi də mütləq əks olunmalıdır:
"Bütün mübahisəli məsələlərin böyük hissəsi, o cümlədən Zəngəzur, Göyçə, Dərələyəz, Mehri və digər ərazilər sovet rəhbərliyi tərəfindən Ermənistana verilib. O baxımdan təbii olaraq, Azərbaycan cəmiyyətinin düşüncəsində soydaşlarımızın dədə-baba yurdlarına qayıdışı məsələsi hökm sürür. Azərbaycan sülh sazişi ilə əlaqədar tələsməli deyil. Öz tələblərimizi irəli sürməli, diplomatik və siyasi baxımdan Ermənistanı sıxışdırmalıyıq. İşlərimizi uğurla aparsaq, İrəvan hökumətinin bütün tələblərimizi yerinə yetirməsi mümkündür. Çünki Ermənistan dalana dirənib, dünyaya çıxmağa, kommunikasiyaların bərpasına ehtiyacı var".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru