Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                 

Mahir Aslanov Baba Tağıyevə savaş elan edib - Deputatla keçmiş deputatın çəkişməsi
Tarix: 23-05-2015, 13:28 | Çap et
Mahir Aslanov Baba Tağıyevə savaş elan edib
Bu gün elə millət vəkilləri var ki, seçiciləri onların üzünə həsrət qalıblar. Çünki deputatların bir çoxu yalnız parlament seçkiləri ərəfəsində, yəni təbliğat-təşviqat kampaniyası zamanı namizədliyini irəli sürdükləri ərazinin sakinləri ilə görüşür, onlara müxtəlif vədlər verirlər. Seçki prosesi yekunlaşdıqdan sonra isə millət vəkillərini gündüz çıraqla da tapmaq mümkün olmur. Bu cür deputatlardan biri də 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin üzvü seçilən Mahir Məhəmmədəli oğlu Aslanovdur.

Əldə etdiyimiz bilgilərə görə, deputat 2010-cu il parlament seçkiləri ərəfəsində seçicilərinə çoxsaylı vədlər versə də, geridə qoyduğumuz 5 il ərzində bir dəfə də olsun ona etimad göstərən şəxslərlə görüşməyib, seçiciləri narahat edən problemləri dinləməyib. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Mahir Aslanov Milli Məclisdə nadir hallarda səsi çıxan deputatlardandır: "Elə bu səbəbdən də Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda isə vaxtını icra hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda ciddi narazılıq yaradıb. Deyilənlərə görə, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Onun qəbuluna düşmək isə müşkül məsələdir. Görünür, Mahir Aslanov vaxtının böyük bir hissəsini biznesinin inkişafına sərf etdiyindən millət vəkili kimi üzərinə düşən işlərinin icrasında maraqlı görünmür". Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsinə sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Mahir Aslanova məxsus olan "Kəpəz Group" tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəni əhatə edir: "Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. "Kəpəz Group" tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan , Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var. İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi", "Kəpəz" otel və "Happy İnn" otellər şəbəkəsi də ona məxsusdur. Eyni zamanda, millət vəkilinin paytaxtın müxtəlif ərazilərində bir neçə hündürmərtəbəli binası var".

Deputatın oğlu Məhəmmədəli Aslanovun "Bank of Azerbaijan"ın Müşahidə Şurasına rəhbərlik etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, Mahir Aslanovun oğlu əvvəllər "Bank Technique" ASC-də mühüm postda təmsil olunub: "Deputatın digər oğlu Famil Aslanov isə hüquq-mühafizə orqanlarında çalışır. Lakin buna baxmayaraq, o, bu ilin yanvar ayında idarə etdiyi 10 GV 888 dövlət nömrə nişanlı "Maserati" markalı avtomobili ilə yol hərəkət qaydalarını pozduğu üçün saxlanılıb. Nəticədə onun maşını Badamdarda yerləşən cərimə meydançasına aparılıb. Mahir Aslanovun biznes imperiyasına gəlincə, bu barədə deyilir ki, deputatın Nəsimi rayonu Abbas Səhhət küçəsində yerləşən "Happy İnn" oteli bəzi idarə, təşkilat və müəssisələrin pul "yuduqları" otel kimi tanınır. Bu otel hər zaman müştəri bolluğu ilə seçilib. Ölkəmizə gələn qonaqlar məhz "Happy İnn" otelinə yerləşdirilirlər. Bir sözlə, əldə olunmuş "razılaşma"ya əsasən ölkəmizə gələn idmançılar və mədəniyyət nümayəndələri bu oteldə məskunlaşırlar. Deyilənlərə görə, əcnəbi qonaqların məhz Mahir Aslanova məxsus olan oteldə yerləşdirilməsi "danışıqlar"da iştirak etmiş tərəfləri tam şəkildə təmin edir.

"Kəpəz Mebel Evi"nin dövriyyəsinin kifayət qədər böyük olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, Mahir Aslanovun nəzarətində olan tikinti şirkəti paytaxtın müxəlif ərazilərində bina işnası ilə məşğul olur. Və həmin binalardakı mənzillər əhaliyə dəyərindən baha qiymətə təqdim olunur: "Bu arada, onu da nəzərinizə çatdırım ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov millət vəkili Mahir Aslanovun əmisi oğludur. İcra başçısı 1976-cı ildə Naftalan şəhərində doğulsa da, əslən Goranboy rayonunun Qaşaltı kəndindəndir. Deyilənlərə görə, Natiq Aslanov orta məktəbi zəif oxuyub. Bu səbəbdən də onun Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına öz biliyi ilə daxil olması ciddi şübhə doğurur. Çünki rəsmi sənədlərdə onun bu ali məktəbə nə vaxt daxil olması göstərilməyib və 1993-1994-cü illərin qəbul sənədlərində də Natiq Aslanovun adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdə olmasına dair də heç bir bilgi yoxdur. Belə ki, vaxtilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasınının hərbi kafedrası olsa da, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı informasiya verilmir. Onun hərbi xidmətə yararsızlığı barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd alması haqda müəyyən söyləntilər dolaşmaqdadır. Əgər bu fakt doğrudursa, o zaman Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı postunda çalışması qanuna ziddir. Çünki hərbi xidmətə yararsız olan şəxsin bu cür mühüm vəzifədə təmsil olunması qanunla yasaqlanıb".

Mənbənin "Gündəlik Bakı" qəzetinə bildirdiyinə görə, rəsmi məlumatlarda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının 1998-ci ildə ali məktəbi bitirdiyi, 2000-2004-cü illərdə "Kəpəz" firmasında alqı-satqı üzrə menecer işlədiyi öz əksini tapsa da, Naftalan sakinləri Natiq Aslanovun uzun müddət əmisi oğlu Mahir Aslanovun mebel sexində dülgər işlədiyini qeyd edirlər: "Deyilənlərə görə, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Mahir və Natiq Aslanovların, həmçinin onların son vaxtlar Dövlət Neft Şirkətində (ARDNŞ) sürətlə irəli çəkilən qohumu Bədəl Bədəlovun nəzarətindədir. Naftalanlılar da təsdiqləyə bilərlər ki, icra başçısı ilə Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov yeznə-qayındırlar. Bu səbəbdən də əmioğlular Bədəl Bədəlovla qohumluq əlaqələrindən istifadə edərək, Naftalan və Goranboy ərazisindəki biznes obyektlərini, xüsusən də Naftalandakı sanatoriyaları, ticarət mərkəzlərini və restoranlar şəbəkəsini bütövlükdə Dövlət Neft Şirkətinin rəhbər şəxslərinin adına bağlamaqla özlərini mümkün təhlükələrdən sığortalamağa çalışırlar".

Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz digər informasiyada isə deyilir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı son vaxtlar şəhərin mərkəzi küçələrində marketlərin tikintisinə start verib. Belə ki, Natiq Aslanovun rayonun əsas gəlirli sahələrini qohumlarının ixtiyarına verdiyini iddia edən məlumatlı şəxs bildirir ki, icra başçısı əmisi oğlu Mahir Aslanova biznesini inkişaf etdirmək üçün Naftalan rayonunda münbit şərait yaradıb: "Deyilənlərə görə, Naftalan Vannası Sağlamlıq Mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlarla yaxın qohum olan bir neçə şəxsin iri obyektləri tikilib. O da qeyd olunur ki, icra başçısı Naftalanın dövlət torpaqlarını zəbt edib və burda həm özü, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər hər nə desəniz var və həmin təsərrüfatları başçının yaxın qohumları idarə edir. Əldə etdiyimiz bilgilərdə deyilir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti təyinatdankənar xərclərə sərf edib. Müvafiq sənədləşdirmədə qeyd olunan küçələr və yollara isə sadəcə yamaq vurulub. Yəni hansısa təmirdən söz gedə bilməz. İcra başçısı Naftalanın küçələrinin, yollarının təmir edilməsini isə özünə yaxın olan "İlqar-MR" MMC-yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürülüb. Ortada isə ciddi bir iş yoxdur".

Millət vəkili Mahir Aslanovun "Avropa Qapıları" şirkətinin rəhbəri Baba Tağıyevlə gərgin münasibətdə olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, deputat bir neçə ildir ki, Baba Tağıyevi zərərsizləşdirməyə çalışır: "Mahir Aslanov daim qapı və mebel istehsalı sahəsində inhisarçıya çevrilməyə çalışıb. Bu məqsədlə o, sahibi olduğu "Kəpəz Mebel Evi"nin imkanlarını bir qədər də artırıb. Lakin hər dəfəsində onun qarşısına Baba Tağıyevin "Avropa Qapıları" şirkəti çıxıb. Bu səbəbdən də uzun müddətdir ki, Mahir Aslanovla Baba Tağıyev arasında gərgin rəqabət gedir. "Avropa Qapıları" şirkətinin rəhbəri deputat olduğu dönəmlərdə Mahir Aslanov ona güc gələ bilməsə də, bu gün Baba Tağıyevin millət vəkili olmamasından istifadə edən Mahir Aslanov əzəli rəqibini ram etməyi planlaşdırır. Bu məqsədlə deputat yaxın münasibətdə olduğu mətbuat orqanlarına minnətçi düşüb. Belə ki, o, həmin kütləvi yinformasiya vasitələrindən "Avropa Qapıları" və onun sahibi haqda tənqidi materiallar yayımlamağı xahiş edib. Deyilənlərə görə, artıq Baba Tağıyev Mahir Aslanovun ona açıq savaş elan etməsindən xəbərdardır. Odur ki, sabiq millət vəkili də əks hücuma keçməyi planlaşdırır. Bunun üçün o, əlverişli məqamı gözləyir. Bir sözlə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün sabiq deputatla hazırkı deputat arasında soyuq savaş gedir. Bunun kimin qələbəsi ilə nəticələnəcəyini isə dəqiq demək çətindir. Yaşayarıq, görərik…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Dünən, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Dünən, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru