Samir Şərifovun adamı belə qarət edir... - Sabirabadda talan varsa...
Tarix: 22-06-2015, 10:30 | Çap et
Maliyyə Nazirliyinin rəhbərliyi nədənsə yerli maliyyə idarələrində kadr islahatlarına o qədər də üstünlük vermir. Bu gün bəzi maliyyə idarələrinin rəisləri 10 ildən artıqdır ki, vəzifə başındadırlar. Onlar kreslodan əl çəkmək niyyətində deyillər. Nazirliyin yerlərdəki idarələrində mövcud olan nöqsanlar, məmur özbaşınalığı və büdcədən maliyyələşən təşkilatlarda yoxlamaların tələb olunan səviyyədə aparılmaması barədə çox danışılıb. Üzülərək vurğulamaq istəyirik ki, nazirlik yetkililəri mətbuatda yazılanlara lazımi şəkildə reaksiya vermir. Bundan arxayın düşən idarə rəisləri isə qeyri-qanuni əməllərini rahat şəkildə davam etdirirlər. Sabirabad rayon Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşovun fəaliyyətində də bəzi xoşagəlməz məqamlar mövcuddur. Bu haqda rayondakı mənbələrdən məlumat almışıq. Mətləbə keçməmişdən əvvəl isə xatırlatmaq istəyirik ki, idarə rəisinin yaşadığı evə 2013-cü ildə silahlı basqın təşkil edilib. Hadisə mayın 10-dan 11-nə keçən gecə rayonun Cavad kəndində qeydə alınıb. Yayılan məlumatda bildirilib ki, gecə saatlarında Maliyyə İdarəsinin rəisinin evinə hücum edən qara maskalı şəxslər evə daxil olaraq Hüseynağa Gülüşovun və onun ailə üzvlərinin əl-qolunu bağlayıblar. Daha sonra idarə rəisini möhkəm döyüblər və evdən külli miqdarda pul, qızıl-zinət əşyaları aparıblar. Sabirabad rayon Polis İdarəsindən bildiriblər ki, idarədə bu barədə heç bir məlumat yoxdur və onlara hər hansı basqınla bağlı şikayət daxil olmayıb. Sonradan evə basqın edən şəxslərin 1 milyon manat aparmaları xəbəri yayıldı, amma təsdiq olunmadı. Məlum hadisə unudulandan sonra idarə rəisi daha çox işində yol verdiyi nöqsanlarla gündəmə gəlməyə başlayıb. Maraqlı məqam ondan ibarətdir ki, rəislə bağlı nə qədər tənqidlər yazılsa da, Maliyyə Nazirliyinin rəsmiləri münasibət bildirmirlər. Redaksiyamıza daxil olan son məlumatlara görə, dövlət büdcəsindən Sabirabad rayonunun sosial-iqtisadi inkişafı, eləcə də digər istiqamətlər üçün ayrılmış vəsaitlərin xərclənməsinə dair sənədlər şişirdilir: "Rayon icra hakimiyyətinə və yerli büdcə qurumlarına ayrılan vəsaitlərin istiqaməti üzrə xərclənməməsi maliyyə idarəsinin rəisi ilə bağlıdır. O özünə yaxın olan idarə və təşkilatların yaxınına belə getmir. Yerdə qalan digər idarələrdə isə yerli-yersiz yoxlamalar təşkil edərək idarə, təşkilat və müəssisə rəhbərlərini çətin vəziyyətdə qoyur. Heç bir qanun pozuntusu aşkarlanmasa da, müəssisə rəhbərləri problem yaşamamaq üçün maliyyə idarəsinin rəisinin hörmətini çatdırırlar. Bəzi yerli qurumlarda lüzumsuz ştatlar çoxdur. Heç bir işə yaramayan ştatlara görə dövlətdən hər ay müəyyən miqdarda vəsait ayrılır. Beləliklə, büdcəyə ziyan dəymiş olur. Sabirabadda əməkhaqqı alanlardan bir neçə adda müxtəlif faizlərlə tutulmalar aparılır. Halbuki gəlir vergisi və pensiya fondundan başqa hamısı qanunsuzdur. Kimsə hansısa dövlət üçün əhəmiyyətsiz bir cəmiyyət yaradıb maliyyə idarəsinə məktub göndərsə ki, pul köçürmək və ya əməkhaqqı alanlardan pul tutmaq lazımdır, həmin vaxt maliyyə rəisi etirazsız buna müsbət rəy verir. Bunu rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkhaqqı cədvəli tam sübuta yetirir. Hüseynağa Gülüşov elektron imzalardan da böyük gəlir götürür. Bununla yanaşı, hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində qüvvədə olan qanunlarımızın bir çox maddələri kobud şəkildə pozulur". Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən idarədə bir neçə dəfə yoxlama aparıldığını deyən mənbə H.Gülüşovun həmin "sınaq"lardan üzüağ çıxdığını vurğuladı: "Sabirabad rayon Maliyyə İdarəsində en qədər qanun pozuntusu var. Nazirlikdən yoxlamaya gələn şəxslər özləri də bunun şahidi olublar. İdarə rəisi hər dəfə onları hansısa vasitə ilə ələ almağı bacarıb və burdakı qanun pozuntularının nazir Samir Şərifov səviyyəsinə çatmasına imkan verməyib. Başqa sözlə desəm, nəyinsə gücünə törətdiyi özbaşınalıqları ört-basdır etməyi bacarıb. Rəis bəzi yerli məmurlarla yola getmir. Məsələn, bir müddət əvvəl maliyyə idarəsinin rəhbəri ilə rayon təhsil şöbəsinin müdiri Elman Bünyadov arasında problem yaranıb. Bunun səbəbi sabirabadlı müəllimlərin əməkhaqlarını vaxtında almaması olub. Hüseynağa Gülüşov təhsil şöbəsinə pul ayrılmasının ləngiməsinə səbəb kimi xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınmasını göstərib. Psixoloji Tibbi Komissiyadan keçən şagirdlərə qanunsuz olaraq epiqriz açıldığını qeyd edib. İki vəzifəli şəxs arasındakı mübahisənin əsl səbəbi 300 min manatlıq tender olub. Belə ki, özünə yaxın şirkəti işə cəlb edən Elman Bünyadov həmin məbləğdən maliyyə idarəsinin rəisinin də payını çatdırmalı imiş. Buna baxmayaraq, sözünə əməl etməyib. Nəticədə tərəflər arasında narazılıq yaranıb. İcra başçısının məsələyə müdaxiləsindən sonra problem yoluna qoyulub". Başqa bir iddiaya görə, idarə rəisi ilə icra başçısı Nazim İsmayılovun ortaq biznesi var. Bu barədə yaxın günlərdə ətraflı məlumat verməyə çalışacağıq.
Gündəlik Bakı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|