Nüfuzlu tikinti firmasında fəhlə haqqı yeyilir... - ŞİKAYƏT VAR
Tarix: 1-09-2015, 09:55 | Çap et
Vertikal.az-a ərizə ilə müraciət etmiş paytaxt sakini, vətəndaş Məmmədov Elçin Elxan oğlu tərəfindən təqdim olunan faktlar da növbəti belə bir hadisədən xəbər verir. Şikayətçi öz ərizəsində bildirir ki, o, 02 mart 2015-ci il tarixində, 19 nəfər işçi yoldaşı ilə birlikdə Nərimanov rayonu ərazisində, Təbriz küçəsində, “Çanaqqala” restoranının arxasında yeni inşa olunmuş 18 mərtəbəli binada təmir işlərinə başlayıblar. Briqada tərəfindən 3 ay və 20 gün ərzində binanın 9-cu mərtəbəsində 4 mənzildə və 14-cü mərtəbəsində daha 2 mənzildə təmir işləri aparmışdır. İşlərin sifarişçisi kimi “Bosson” inşaat şirkətinin rəhbəri olan Zaur adlı şəxs çıxış etmişdir. Həmçinin E.Məmmədov bildirir ki, “Bosson” şirkəti də öz növbəsində bu işləri “Paşa Holdinq”in tikinti şöbəsinin sifarişi ilə həyata keçirirmiş. Bu məqam isə, işçi briqadasının son qərarı verməsində əsas stimul olub. Elçin bildirir ki, tikinti işlərində çalışan bir çox ustalardan indiyədək “Paşa Holdinq”in bu sahədə fəaliyyətinə dair ancaq yaxşı sözlər və səmimi razılıq eşidib. İşçilərə pullarının vaxtlı-vaxtında verilməsi, sərfəli qiymətlər, əlverişli iş şəraiti və rejiminin yaradılması baxımından “Paşa Holdinq” inşaat sahəsində çalışan usta və fəhlələr üçün ən arzuolunan sifarişçilərdən biri hesab olunur. Beləliklə, göstərilən müddət ərzində 20 nəfərdən ibarət briqada inşaat materiallarının (kərpic, qum, sement) daşınması, arakəsmələrin sökülməsi və yeni planirovkaya uyğun tikilməsi, armaturların laqunda ilə kəsilməsi (2500 ədəd), divarlarda betona kontakt izolyasiyanın çəkilməsi, makina suvağı, şpatlyovka (astar və üzlük) vurulması, pərdə divarlardan kəsilmiş divarların yerinin rənglənməsi, 6 mənzilin tavanının metal profillərlə yığılaraq, alçibanla üzlənməsi, zibilin daşınması və digər işləri həyata keçirmişdir. Lakin, faktiki olaraq sifarişçi və icraçılar arasında vasitəçi rolunu oynamış “Bosson” şirkəti sən demə işçilərlə münasibətləri “Paşa Holdinq”dən tam fərqli şəkildə qururmuş. Bu xüsusda şikayətçinin ərizəsində deyilir: “İşlədiyimiz 3 ay və 20 gün ərzində Zaur bizə (20 nəfər işçiyə) 12 000 (on iki min) manat pul ödəmişdir. Halbuki, əldə olunmuş razılığa görə, 6 mənzildən hər birinin təmir işlərinə görə 8 000 (səkkiz min) manat, ümumilikdə isə 48 000 (qırx səkkiz min) manat ödəniləcəyi nəzərdə tutulmuşdu. Lakin Zaur bizə arxasında “Paşa Holdinq”in durduğunu bəyan edərək, pulumuzun qalan hissəsini verməyəcəyini bildirmişdir...” Bax elə məhz bu məqam, az öncə qeyd etdiyimiz etibardan sui-istifadə halının bariz nümunəsidir. Şikayətçinin deməyinə görə, “Paşa Holdinq”in tikinti şöbəsinə Araz Ağayev adlı şəxs rəhbərlik edir və o, Zaurla qohumluq əlaqələrindədir. Aydındır ki, belə olan vəziyyətdə Araz Ağayev öz yaxınına etibar edərək, onun şirkətini sərfəli müqavilə ilə təmin edib. Nəticədə isə...Nəticədə isə, Zaur binanın təmir işlərinə holdinq tərəfindən ayrılan vəsaitləri mümkün olan qədər mənimsəməyə böyük səylər göstərib və şikayətçilərin iddialarına görə bu sahədə kifayət qədər “bacarıqlı” ola bilib. Bu barədə ərizədə deyilir: “Əlavə olaraq bildirmək istəyirəm ki, bizim həmin binada işlədiyimiz müddət ərzində Zaur özünə Pirşağı qəsəbəsində üç bağ evi almışdır ki, bunlardan da birini Araz Ağayevə hədiyyə etmişdir. Bundan başqa Zaur yenə də həmin müddətdə, Həsən Əliyev küçəsində özünə üç kommersiya obyekti (dükan) və “Tonqal” restoranının yanında iki ədəd mənzil almışdır. Bundan başqa isə, Zaur atasına “Range Rover - Sport” markalı avtomobil də hədiyyə etmişdir. Qeyd edim ki, bütün bu haqsızlıqlarda Zaurun atasının da xüsusi iştirakı olmuşdur...” Qeyd edək ki, biz E.Məmmədovdan Zaurun aldığı mülk və obyektlər barədə haradan məlumatlı olduğu barədə də soruşduq. Cavabında isə şikayətçi bildirdi ki, Həmin obyektlərin də təmir işlərinə Zaur məhz onların briqadasından usta və fəhlələri cəlb edirdi.Sonda bunu da qeyd etmək istəyirik ki, biz artıq “Paşa Holdinq” MMC-nin direktoru cənab Mir Camal Paşayevə bütün bu baş verənlər barədə ətraflı məlumat vermişik. Öz növbəsində Mir Camal müəllim də daxil olan məlumatlar ətrafında ciddi araşdırma aparılacağını və istənilən halda haqq-ədalətin bərpa olunacağını vəd etmişdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|